EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:30.07.2019 10:55:19

İyulun 29-da həbsdə olan Müsavat Partiyasının üzvü Azad Həsənovun azadlığa buraxılması tələbi ilə keçirilən aksiya zamanı saxlanan Elman Quliyevə 30 stka inzibati həbs cəzası verilib.

İyulun 29-da həbsdə olan Müsavat Partiyasının üzvü Azad Həsənovun azadlığa buraxılması tələbi ilə keçirilən aksiya zamanı saxlanan Elman Quliyevə 30 stka inzibati həbs cəzası verilib.

O, İnzibati Xətalar Məcəlləsinin ( İXM) 535.1 maddəsi ilə (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) günahlandırılıb.

Bu barədə Turana məlumat verən vəkil Osman Kazımovun sözlərinə görə, E. Quliyevin müdafiə hüquqları pozulub:

"Nəsimi Rayon Məhkəməsinə aparılarkən onunla əlaqə saxladıq və məhkəmədə onun müdafiəsinə qoşulmamı istədi".

Osman Kazımovun sözlərinə görə, lakin günün sonu olduğuna görə o, E.Quliyevin müdafiəsinə dair müqavilə bağlaya bilməyib:

"Belə olan halda məhkəmə prosesi təxirə salınmalı idi və inzibati xətanın törədilməsində şübhəli bilinən şəxsə imkan yaradılmalı idi ki, o istədiyi vəkillə müqavilə bağlasın. Lakin məhkəmə bu imkanı ona yaratmadı və bununla müdafiə hüququnu pozdu".

E.Quliyevin prosesdə ittihamı qəbul etmədiyi bildirilir.

Vəkilin açıqlamasına, hələlik, Nəsimi Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Digər saxlanılanlar azad edilib.


Elman Quliyev həbs edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda azərbaycanlı tələbə suda boğulub
    Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
     24.08.2019
    Fələstində
    Dünən cümə günü də 71-ci "Geri Qayıdış" yürüşü keçirilib
     24.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ