1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.10.2019 15:28:29

Səbail rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharıyla bağlı məhkəmə prosesi davam etdirilib.

Səbail rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharıyla bağlı məhkəmə prosesi davam etdirilib.

Oktyabrın 11-də məhkəmə prosesində məktəblinin ölümünə görə cinayət məsuliyyətinə cəlb olunmuş keçmiş direktor Sevinc Abbasovanın işi üzrə istintaqın tamamlandığı elan edilib. Məhkəmə istintaqı yekunlaşmamışdan öncə zərərçəkmişin hüquqi varisinin vəkilləri ev dustaqlığında olan keçmiş direktorun həbsi barədə vəsatət qaldırıblar. Bildirilib ki, S.Abbasova şahidlərə, konkret olaraq, psixoloq Könül Ağayevaya məhkəmə istintaqı zamanı təzyiq göstərib, telefona mesajlar göndərib, onu yönləndirməyə çalışıb, əllərində bunu təsdiqləyən sübutlar var.

Vəkil Sevinc Əliyeva keçmiş direktorun məktəbin psixoloqunun yerli mediaya müsahibəsi olan diski, məktəbin sabiq müdir müavini Məlahət Hüseynova barəsində məhkəmə qərarlarını sübut kimi hakimə təqdim edib. Sözügedən məhkəmə qərarlarında şahid ifadələri var ki, işdən çıxarılan M.Hüseynova haqqında həqiqətə uyğun olmayan şikayətlərə, aktlara imza atmağa onları S.Abbasova məcbur edib. Diskdəki müsahibədə isə psixoloq bildirir ki, məhkəmədə dindirilməmişdən əvvəl S.Abbasova onunla əlaqə saxlayıb, onun mənafeyinə uyğun ifadə verməsini istəyib.

Təqsirləndirilən S.Abbasova isə heç kimə təzyiq göstərmədiyini deyib: "Mən ona necə təsir göstərmişəm ki, məhkəmədə mənim əleyhimə kifayət qədər ağır ifadə verdi? Əgər təsir vardısa, burada dindiriləndə niyə demirdi?", deyə o qeyd edib.

Vəsatət təmin olunmayıb.

Məhkəmədə həm təqsirləndirilən direktorun vəkili, həm də zərərçəkmiş tərəf Elinanın ölümüylə bağlı rəy vermiş ekspertlərin dindirilməsi, təkrar ekspertiza keçirilməsi barədə də vəsatətlər qaldırıblar. Bildiriblər ki, ekspert rəyi ilə məhkəmədə dindirilən həkimlərin dedikləri arasında kəskin ziddiyyətlər var.

"İş materiallarından görünür ki, Elinanın ölümünə səbəb olan diaqnozu ona hadisədən 26 saat sonra qoyublar. Buna görə heç kim məsuliyyət daşımır", - deyən zərərçəkmişin vəkili Azər Nağıyev həkimlərin də məsuliyyətinə diqqət çəkib.

Amma məhkəmə təkrar ekspertiza və ekspertlərin dindirilməsi barədə vəsatətləri də təmin etməyib.

Məhkəmə prosesi oktyabrın 16-na təyin olunub. Oktyabrın 16-da prokuror çıxış edib, Sevinc Abbadovaya cəza istəyəcək.(Turan)


Elina Hacıyevanın işi üzrə məhkəmə istintaqı bitdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ