Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:24.12.2021 13:14:12

Nağdsız ödənişlər üzrə ƏDV məbləğinin 15 %-i, nağd ödənişlər üzrə 10 %-i qaytarılır.

"Əlavə dəyər vergisini (ƏDV) geri al sistemi üzrə faizlərin dəyişdirilməsi məsələsi müzakirə edilir".

İslamazeri.com xəbər verir ki, bunu Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, aksizli malların satışı zamanı ƏDV-ni geri alınmamasına aydınlıq gətirərkən Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

"Ümumilikdə bu məsələlər müzakirə olunur və təkmilləşdirmələr yenə də aparılacaq", - S. Ələkbərov bildirib.

Onun sözlərinə görə, hər bir addım real həyatdan irəli gəlinərək atılır: "Bəzi məhsullar var, onların ƏDV-sinin geriyə qaytarılması o qədər də önəmli deyil. Yəni əhalinin sosial təbəqəsinə, ümumi təbəqəyə bunun aidiyyəti yoxdur. Amma biri indi "Bentley" markalı avtomobil gətirirsə, sabah təyyarə alıb gətirəcəksə, onun ƏDV-sinin qaytarılması sual doğurur. Ona görə də bunlar təbii suallardı və təkimlləşmələr yəqin ki gedəcək. Amma daha çox təkmilləşmə ondan ibarətdir ki, əhalimiz, xüsusilə nisbətən daha aşağı əməkhaqqı alan insanlar bundan daha çox yararlansınlar. Yəni varlılar deyil, bu sistemdən orta və kasıb təbəqə istifadə etsin".

Qeyd edək ki, nağdsız ödənişlər üzrə ƏDV məbləğinin 15 %-i, nağd ödənişlər üzrə 10 %-i qaytarılır.


ƏDV geri al sistemi üzrə faizlərin dəyişdirilməsi məsələsi müzakirə edilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DTX işçilərinin maaşlarında dəyişiklik təsdiq edilib
    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
     24.05.2022
    Şirvanda şirkətdə yanğın olub
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ