EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:22.02.2019 16:49:31

Bunu E. Quliyev gənc əsgərlərin andiçmə mərasimində çıxışı zamanı deyib.

"2019-cu ilin avqust ayında 100-cü ildönümünü böyük təntənə ilə qeyd edəcəyimiz Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti şanlı keç­mişi, rəşadətli bu günü ilə qürurludur və sabahına inamla baxır"

İslamazeri.com-un məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev gənc əsgərlərin andiçmə mərasimində çıxışı zamanı deyib.

DSX rəisi bildirib ki, dövlət sərhədlərinin etibarlı mühafizəsinin və müdafiəsinin tə­min edilməsi sahəsində əldə olunan bütün uğur və nailiyyətlər, döv­lət sərhədində müasir sərhəd mühafizə infrastrukturunun yara­dıl­ma­sı, sərhədçilər üçün lazımi xidməti və məişət şəraitinin təmin edil­məsi Azər­­bay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­da­nı İlham Əliyevin ali dəstəyinin, sərhəd təhlü­kəsizliyi məsə­lə­lərinə xüsusi qayğısının nəticəsidir:

"Hər bir hərbi qulluqçu­muzun hiss etdiyi bu ali münasibət bizim üçün həm böyük şərəf, həm də daha böyük məsuliyyətdir. Qəlbində vətənpərvərlik və Ali Baş Ko­mandana sadiqlik hiss­lərini daima yaşadan Azərbaycan sər­həd­çisi hər zaman Azərbay­can Res­publikasının Prezidenti Silahlı Qüv­­vələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi al­tın­da Vətəni Azərbaycana xidməti ilə qürurludur.

Bu gün Azərbaycan Sərhəd Mühafizəsi ən ciddi döyüş tex­ni­ka­ları, müasir sərhəd gözətçi gəmiləri ilə, silah və sur­satla təc­hiz olunmuş, istənilən döyüş tap­şı­rıqlarını uğurla yerinə yetir­mə­yə qadir hərbi qurumdur. Qısa müddət ərzin­də Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sa­hil Mü­hafizəsinin, Sərhəd Nəzarətinin forma­laş­dırılması və nü­mu­­nəvi hərbi birləşmə səviy­yə­sinə yüksəl­dil­məsi əldə olunmuş ən ciddi nailiyyətlərdəndir".

E. Quliyev qeyd edib ki, 2016-cı ilin aprelində əks-hücum əməliyyatı za­ma­nı düşmənin müdafiə xət­tinin, döyüş mövqelərinin, disloka­si­ya yer­lərinin, ko­man­da-da­yaq mən­­­təqələrinin, qərargahlarının dar­ma­­dağın edil­mə­si zamanı ke­çi­ril­miş uğurlu əməliyyatlar düşməni döyüş əməliyyat­la­rını da­yan­dır­masına məcbur etdi və bu qələbənin əldə olun­masına Azər­baycan sərhədçisi öz ciddi töhfəsini verdi: "Ötən ilin dekabr ayında Ermənistan ilə dövlət sərhədinin Qa­zax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xət­tində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təh­vil alın­ması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata ke­çi­rilməsi əm­rini almağımız hər birimizə qürur hiss­ləri yaşatmış, Azər­­baycan Res­publikasının Prezi­denti Si­lahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azər­bay­can sərhədçisinə etibar və etimadının növbəti ifadəsi olub.

Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam müha­fizə altına götürülməsinin əsasını qoyan və Azərbaycan Sərhəd Mühafizəsi tarixində yeni səhifə açan bu tapşırığı ən yüksək səviy­yədə icra etmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi potensialı ciddi səfərbər olun­muşdur, yaxın müddətdə sərhəd döyüş məntə­qələrində yüksək stan­dartlara cavab verən xidməti və məişət şərai­tinin təmin edilməsi işləri tam yekunlaşdırılacaqdır.

Bu gün dövlət sərhədində, sərhəd döyüş səngərlərində, ağır iqlim və relyef şəraitində xidməti vəzifələrini böyük şücaət və əzm­karlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqəti, döyüş ruhu, vətənpərvərliyi, düşmənə isə nifrəti hədsiz və hüdud­suzdur! Əminəm ki, ən yaxın müddətdə Azərbaycan Respublikası­nın Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altın­da işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edi­lə­cəkdir! Əminəm ki, düş­mən üzə­rində son qələbənin əldə olunmasın­da Azərbaycan sər­həd­çisi şərəflə iştirak edəcək, döyüş tapşırıqla­rını uğurla, qalibiyyətlə icra edəcəkdir!

Əminəm ki, ötən ilin 15 iyununda bu hərbi hissədə başla­maqla çiyinlərimizdə “Zəfərə doğru” daşıdığımız müzəffər bayra­ğımızı Xan­kəndində, Şuşada, Xocalıda, Zəngilanda, Cəbrayılda, Qubad­lıda, Ağ­damda, Laçında, Kəlbəcərdə dalğalandıracaq, döv­lət sərhədlə­rimizin bütövlüyünü təmin edəcəyik!

Çünki hədəfimiz dövlət sərhədində dövləti maraqların müda­fiə­sidir! Çünki amalımız - dövlət sərhədlərimizin toxunulmazlığıdır! Çünki Azərbaycan sərhədçisi Böyük Öndər Hey­dər Əli­yev dü­hasına sədaqətin müsəlləh əsgəridir! Əsas məqsədimiz - dövlətçiliyimizin daha güclü, daha qüdrətli ol­masına, döv­lətimizin dünyanın ən təhlükəsiz ölkələrindən olma­sına öz sərhədçi töhfəmizi verməkdir!".


“Düşmənə nifrətimiz hədsiz və hüdud­suzdur” - Elçin Quliyev

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xameneidən adının Məsumlarla (ə) çəkilməsinə etiraz - ŞƏRHSİZ VİDEO
    İslamazeri.com Ayətullah Xameneinin çıxışını təqdim edir
     27.03.2019
    İrandan Qazaxıstandakı son hadisələrə MÜNASİBƏT
    İranın Xarici İşlər Nazirliyi mətbuat katibi Bəhram Qasımi Qazaxıstanda Prezidenti Nursultan Nazarbayevin istefa qərarını qiymətləndirib.
     27.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ