EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:28.01.2019 11:09:36

Sual olunur: məgər Ukrayna, Suriya, Liviya kimi ölkələr dünyanın hansı ölkələrindən daha qəddar, daha zalım və anti-demokratik rejimə malik idilər?

2000-ci illərin əvvəllərindən başlayaraq, dünyanın bir çox dövlətlərində qeyri-qanuni olaraq dövlət çevrilişləri, rəngli və məxməri inqilabların şahidi oluruq. Sual olunur: məgər Ukrayna, Suriya, Liviya kimi ölkələr dünyanın hansı ölkələrindən daha qəddar, daha zalım və anti-demokratik rejimə malik idilər?

İslamazeri.com xəbər verir ki, bu sözləri Axar.az-a politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, Liviya və Suriya son dərəcə müstəqil və müvəffəqiyyətliydi, buna görə bu rejimlərə son qoymaq lazım idi; Ukrayna geopolitik mövqeyinə görə strateji mövqedə idi, bu ölkəni xaosa çevirib, Rusiya ilə NATO arasında minimal məsafə qoymaq lazım idi.

"Liviya Qəzzafinin dönəmində sosial və varlı bir ölkəydi. Vətəndaşlar pulsuz təhsil və tibbi xidmət hüququna malik idilər, yeni evlənənlər pulsuz mənzil alırdılar, Liviyadakı İnsan İnkişafı İndeksi (İİİ) Afrikada ən yüksəklərdən biriydi. Suriyada sabitlik və müxtəlif etnik qruplar arasında konsensus mövcud idi. Pis- yaxşı, ölkədə normal yaşayış var idi. Əsədi, Qəzzafini diktator adlandırmaq, amma onların qonşuluqlarındakı liderləri qırmızı xalçalarla qəbul etmək təbii ki, alım-verim dünyasındakı bir çox dəyərlərdən xəbər verir. Əlbəttə, bütün bu qondarma inqilablar haqqında uzun-uzadı danışmaq olar. Lakin, fikrimcə, ağlı başında olan hər kəs yaxşı başa düşür ki, müasir dünyada inqilabların arxasında xarici qüvvələr həmişə əsas faktor olublar. Siz indiyə qədər dünyanın hansı coğrafi mövqeyinə görə lazımsız, təbii sərvətlərinə görə kasıb dövlətində inqilabın şahidi olmusunuz? Məgər, Afrikanın hansısa N dövləti və ya Qərbin bəlli qruplarına loyallığı ilə seçilən, zəngin təbii sərvətlərə malik olan ərəb dövlətlərinin hansında demokratik rejimlər mövcuddur? İnqilablar bir kənara, bu dövlətlərin ABŞ-ın Dövlət Departamenti və ya Qərbin hansısa qurumunun tənqidinə məruz qaldığını görmüsünuzmü? Praktika göstərir ki, çevriliş bir neçə mərhələdən keçir. Birinci mərhələdə planlaşdırılmış etirazlar, ikinci mərhələdə provokasiyalar və qətllər... Bu BMT-nin və digər qurumların qərnamələr qəbul etməsinə gətirib çıxarır”, - deyə ekspert bildilib.

Həmsöhbətimizin sözləri görə, üçüncü mərhələdə silahlı üsyan və hökuməti devirmək planı reallaşır. Əgər bu planlar baş tutmursa, o zaman vətəndaş müharibəsi başlayır:

"Yuxarıda adlarını çəkdiyim bütün dövlətlərdə bu ssenarilərə rast gələ bilərsiniz. Sadə xalqa zorakılığın və dövlətə xəyanətin izlərini görmək bir qədər çətin ola bilər. Ancaq bu qruplar kütlə psixologiyası, kütlənin manipulyasiyası üzrə əsl ekspertdirlər. Bu istiqamətdə ixtisaslaşan minlərlə işçi əvvəlcədən planlaşdırılmış şəkildə bəlli dairələrin maraqlarına cavab verməyən siyasi hakimiyyətlərin varlığına son qoymaq üçün ən böyük cinayətlərə belə hazırdırlar. Sosial mühəndisliyin ustaları etiraz və üsyanlar təşkil etməkdə əvəzsizdirlər. Məsələn, bir neçə fitnəkar və satın alınmış ictimai liderin gücüylə 1000 nəfərin iştirakıyla etirazı asanlıqla təşkil etmək, sonra isə qiyama çevirmək mümkündür. İğtişaşlar başlanan kimi dinc etirazçılar "sürü hissi” üzündən təhlükəli qüvvəyə çevrilirlər. Və kütlə psixologiyası öz sözünü deməyə başlayır”.

Politoloq bildirib ki, bu gün qlobal müstəvidə Rusiya ilə Qərb arasında kəskinləşən qarşıdurma dünyanın yenidən qütbləşməsinə gətirib çıxarır. "İnsan hüquqları”, ”söz azadlığı” və "demokratiya” adı altında bu respublikalarda qərbpərəst siyasi təşkilatlar yaradılır:

"Beşinci kolon” adlandırılan bu qruplaşmalar illərdir Qərbin kəşfiyyat orqanları tərəfindən təlimatlandırılaraq lazım olan anda hərəkətə keçmək üçün hazır dayanırlar. Rəngli inqilablarla istənilən ölkəni qarışdıraraq, onun "ipə-sapa yatmayan" siyasi rəhbərliyini devirməklə öz nəzarətinə alan Qərb ölkələri ayrı-ayrı postsovet respublikalarında da "beşinci kolon”u səfərbər etməyə başlayıblar.

Və sonda bir daha xüsusilə vurğulamaq istəyirəm: Məgər Ukrayna, Liviya, Qırğızıstan, Misir, Tunis kimi dövlətlər indi daha yaxşı yaşayırlar? Əksinə, bu dövlətlərin hər biri bu gün parçalanma ilə üz-üzədirlər. Bu dövlətlərin hər birinin bu gün dövlət müstəqilliyi və ərazi bütövlüyü sual altındadır”.


“Dünyanın hansı coğrafi mövqeyinə görə lazımsız, təbii sərvətlərinə görə kasıb dövlətində inqilabın şahidi olmusunuz?”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Penitensiar Xidmətin şikayəti əsasında vəkilin fəaliyyətinə xitam verilib
    Hüquqşünas qərarın ləğvi üçün apellyasiya instansiyasına müraciət edəcəyini bildirib.
     23.02.2019
    YPG 150 İŞİD terrorçusunu İraqa təslim etdi
    Suriya kürdlərinin təşkilatı YPG 150-ə qədər İŞİD terrorçusunu İraq ordusuna təslim etdi.
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ