Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:22.10.2021 16:33:03

Siyahıda Ayətullah Sistani, Ayətullah Seyid Əli Xamenei, Müqtəda Sədr və digər bir sıra İslam alimlərinin adlarının olduğu qeyd olunub.

İslamazeri.com xəbər verir ki, İordaniyanın Əmman Krallıq İslami Strateji Araşdırmalar Mərkəzi dünyanın ən nüfuzlu müsəlmanlarının adlarını açıqlayıb.

Qeyd edək ki, “The Muslim 500” adlı reytinq 2009-cu ildən dərc edilir və oraya dünyanın 500 ən nüfuzlu müsəlmanının adı daxil edilir.

1 və 2-ci yerləri, müvafiq olaraq, Qətər əmiri Şeyx Təmim bin Həmad Ali-Sani və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül-Əziz Ali-Səud tutublar.

İranın Ali lideri Seyid Əli Xameneinin adı isə 3-cü yerdədir.

Ayətullah Üzma Seyid Əli Hüseyni Sistani bu siyahıda 9-cu yerdədir.

Ayətullah Üzma Nasir Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani 117-ci yerdədirlər, Əllamə Cavadi Amuli 108-ci yerdədir.

İranın yeni prezidenti Seyid İbrahim Rəisi isə 127-ci yerdədir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə 4-cü yerdə qərarlaşıb.

Pakistan Baş naziri İmran Xan - 10-cu, Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah - 21-ci, İraq şiələrinin liderlərindən olan Müqtəda Sədr - 43-cü yerdədir.

Azərbaycandan bu siyahıya 3 şəxsin adı daxil edilib: Azərbaycan prezidenti İlham Əliyev - 131-ci, QMİ sədri Allahşükür Paşazadə - 122, xanəndə Alim Qasımov - 177-ci yer.


Dünyanın ən nüfuzlu müsəlmanlarının adları açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ