EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:06.06.2018 13:25:42

Dünya sakinləri arasında onların inancları barədə sorğu keçirilib.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, “Gallop” beynəlxalq təhlil agentliyi araşdırma aparıb. Həmin araşdırmanın məqsədi dünyanın “ən ateist” ölkəsini müəyyən etmək olub.

Təşkilatın mütəxəssisləri 86 ölkədə sorğu keçiriblər. Ümumilikdə, sosioloqların suallarını 60 mindən çox insan cavablandırıb.

Sorğu nəticələrinə əsasən, sorğu iştirakçıları arasında özlərini bu və ya digər dinlərə mənsub edənlərin faiz göstəricisi 70 faiz olub.

Ən çox dinsiz isə Çində aşkar olub. Burada ateistlərin payı ölkə əhalisinin 70 faizini təşkil edir. Cəmi 6 faiz ölkə sakini isə özünü inanclı olaraq təqdim edib.

Çinin ardınca isə Yaponiya gəlir: burada sorğu iştirakçılarının 29 faizi özünü ateist adlandırıb. Daha sonra isə Sloveniya (28%), Çexiya (25%) və Cənubi Koreya (23%) gəlir.

Ən dindar ölkə isə Tailand oldu. Burada sakinlərin 98 faizi özünü inanclı hesab edir.


Dünyanın ən dinsiz və ən dindar ölkələri - STATİSTİKA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın tamamilə yerli olan radarı xidmətə başlayıb
    İranlı mütəxəssislərin dizayn və istehsalını reallaşdırdıqları İranın daha bir yeni radar sistemi ölkənin cənub-şərqində xidmətə başlayıb.
     20.01.2019
    Qubad İbadoğlu: İdarəetmədə struktur islahatlar üçün konsepsiya olmalıdır - VİDEO
    "Bu, son nəticədə Azərbaycanın Qafqazda regionun lideri, iqtisadi qüdrətli dövləti mövqeyinin əldən verilməsinə gətirib çıxaracaq."
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ