EURO 1,9068 TRY 0,2906
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:25.10.2018 16:20:03

“Forbes” jurnalı dünyanın ən çox maaş alan televiziya aktyorlarının siyahısını tərtib edib.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, “Forbes” jurnalı dünyanın ən çox maaş alan televiziya aktyorlarının siyahısını tərtib edib.

Qeyd edilir ki, ən çox qazanan aktyor Cim Parsonsdur. O, “Böyük partlayış nəzəriyyəsi” serialında Şeldon Kuperin rolunu oynayır. Onun illik gəliri isə 26,5 milyon dollar təşkil edib. Parsons artıq 4 il ard-ardadır ki, bu reytinqdə birinci yeri tutur.

Parsonsun ardınca isə onun serialdakı həmkarları Conni Qaleki, Saymon Helberq və Kunal Niyyar gəlir.

Qalekinin illik gəliri 25 milyon, Helberq və Niyyarın hərəsinin gələri isə 23,5 milyon dollar olub.

5-ci yerin sahibi isə Mark Hermondur. O isə “Dəniz polisi: xüsusi şöbə” serialında baş rolu icra edir.

Əlavə edək ki, 2018-ci ilin ən çox qazanan aktyoru isə, “Forbes”in versiyasına əsasən, Cord Kluni oldu. O, 2017-ci ilin iyun ayından 2018-ci ilin iyun ayınadək 239 milyon dollar qazanıb.


Dünyanın ən çox qazanan tele-aktyorları - FORBES

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şri-Lankadakı terrorlarla bağlı DƏHŞƏTLİ FAKT üzə çıxdı
    Bu haqda Şri-Lanka ordusunun keçmiş komandanı bəyan edib.
     24.04.2019
    Rusiyadan həyəcan təbili: İŞİD yenidən xortlaya bilər!
    “Fəratın o tayındakı ərazilər hələ də təcrid edilmiş ərazilər olaraq qalmağa davam edir"
     24.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ