The Economist Group tərəfindən hazırlanan "Worldwide Cost of Living 2018" adlı hesabatda dünyanın ən bahalı və ən ucuz şəhərləri açıqlanıb

İslamazeri.com Bloomberg-ə istinadən xəbər verir ki, The Economist Group tərəfindən hazırlanan "Worldwide Cost of Living 2018" adlı hesabatda dünyanın ən bahalı və ən ucuz şəhərləri açıqlanıb. Açıqlamaya görə, dünyanın ən ucuz şəhəri Suriya paytaxtı Dəməşq olub.
Araşdırma aparanlar yaşayış minimumu və ehtiyac meyarına əsasən bu hesabatın hazırlandığını qeyd ediblər.
Ən bahalı şəhərlərin siyahısı belə olub:
1. Sinqapur
2. Paris
3. Sürix
4. Honkonq
5. Oslo
6. Cenevrə
7. Seul
8. Hopenhaqen
9. Təl-Əviv
10. Sidney
Ən bahalı şəhər hesab olunan Sinqapur beş ildir ki, ən bahalı şəhər hesab olunur. Bu siyahıda bahalı şəhərlər siyahısında Asia-Sakit okean reqionu və Avropa liderlik edir.
Ən ucuz şəhərlər isə Dəməşq, Karakas və Alma-Atıdır. Rusiyanın ən bahalı şəhərləri Moskva və Sankt-Peterburq qeyd olunub.
Yaxın Şərqin ən bahalı şəhəri və ümumi siyahının 9-cusu Təl-Əviv hesab edilib.
Dünyanın ən bahalı və ən ucuz şəhərləri