EURO 1,9349 NEFT 56,41
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:11.10.2018 08:45:57

Dünyadakı hemofiliyalı xəstələrin tibbi yardım almaq imkanlarını genişləndirmək məqsədilə beynəlxalq elektron kartlar yaradılacaq.

Dünyadakı hemofiliyalı xəstələrin tibbi yardım almaq imkanlarını genişləndirmək məqsədilə beynəlxalq elektron kartlar yaradılacaq.

Bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, hemofiliyalı xəstələr bu kart vasitəsilə harada olmasından asılı olmayaraq - istər ölkə daxilində, istərsə də ölkə xaricində lazımi tibbi xidmətlə təmin olunacaq.

G.Hüseynova qeyd edib ki, hemofiliyalı xəstələrin belə bir kartdan istifadə edə bilməsi üçün bu xəstələrin beynəlxalq reyestrinin də yaradılması çox vacibdir.

 

Bu məsələnin Dünya Hemofiliya Federasiyası tərəfindən artıq bütün ölkələrə təklif edildiyini deyən assosiasiya rəhbəri əlavə edib ki, Azərbaycan Səhiyyə Nazirliyi razılıq verəcəyi təqdirdə ölkəmizdəki hemofiliyalı xəstələr barəsində məlumatlar həmin reyestrə daxil ediləcək.

G.Hüseynova əlavə edib ki, ölkədə hemofiliyadan əziyyət çəkən vətəndaşların, potensial xəstələrin sayı haqqında haqqında dəqiq məlumat əldə etmək üçün hemofiliyalı insanları dövlət qeydiyyatına almaq vacibdir:

"Bu, imkan verir ki, kimsə müalicədən kənarda qalmasın, siyahılarda xəstələrin adları təkrarlanmasın, onların tələbatları öyrənilsin, qanın laxtalanma konsentratlarının paylaşdırılması və istifadəsinə nəzarət gücləndirilsin. Reyestr həmçinin hər bir xəstənin diaqnozunun düzgün təyin edilməsinə zəmanət verir. Bu üsul faktorların tətbiqinin effektivliyini qiymətləndirməyə, qanın laxtalanmasını təmin edən faktor konsentratlardan düzgün istifadə etməyə imkan verir. Əgər təhlükəsizlik və keyfiyyətlə bağlı problemləri olan hər hansı bir preparat müəyyən edilərsə və geri çağırılarsa, onlardan istifadə edən xəstələrin xəbərdar edilməsi üçün reyestrdəki məlumatlardan istifadə etmək olar".

Xatırladaq ki, hazırda Azərbaycanda 1500-ə yaxın hemofiliyalı xəstə var. Onların 350 nəfəri 18 yaşına qədər olan uşaqdır. Xəstələrin 700 nəfərinin 18-40 yaşı var. 40 yaşdan yuxarı hemofiliyalı xəstələrin sayı isə 402 nəfərdir.


Dünyadakı bütün hemofiliyalı xəstələr üçün beynəlxalq elektron kartlar yaradılacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Ermənistan Rusiya bazasından imtina edə bilər” - Rus politoloq
    “Rəsmi Moskvanın İrəvana yeni müqavilə təklifi Rusiyanın rəqiblərinin bölgədə aktivliyinin artması ilə bağlıdır”.
     19.12.2018
    Harrazi: Avropadan SPV üçün əməli addım gözləyirik
    İranın Xarici Əlaqələr Şurasının sədri Kamal Harrazi Avropadan maliyyə mexanizması olan SPV haqqında əməli addım atmasını gözlədiklərini bildirib.
     19.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ