EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:03.03.2019 02:32:13

Son illərdə BDU URAP-ın siyahısında xeyli geriləyib.

Dünyanın nüfuzlu təhsil saytı URAP (University Ranking by Academic Performance) 2018-2019-cu tədris ili üçün ali məktəblərin dünya üzrə reytinqlərini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, 2500 üniversitetin yer aldığı siyahıya Azərbaycandan cəmi bir ali məktəb - Bakı Dövlət Universiteti düşüb. Olduqca qabarıq siyahıda BDU ən sonlarda, 2452-ci sırada qərarlaşıb və B kateqoriyasında yer alıb.

Siyahının ilk onluğu isə belədir.

1. Harvard Universiteti
2. Toronto Universiteti
3. Oksford Univeriteti
4. Stanford Universiteti
5. London Kollec Universiteti
6. Cons Hopkins Universiteto
7. Kembrig Universiteti
8. Massaçusets Texnologiya İnstitutu
9. Miçiqan Universiteti
10. Vaşinqton Universiteti

URAP-ın qiymətləndirmə meyarlarının əsasını universitetin elmi nailiyyətləri, bu işlərin beynəlxalq aləmdə tanınması, sitatların indeksi və tədqiqat nəticələrin keyfiyyəti təşkil edir.

Qeyd edək ki, son illərdə BDU URAP-ın siyahısında xeyli geriləyib. Belə ki, 2015-2016-c ilin nəticələrinə görə 1872-ci pillədə, ötən ilin nəticələrinə görə isə 2367-ci sırada idi.

Siyahının tamamına buradan baxa bilərsiniz: http://www.urapcenter.org/2018/world.php?q=MS0yNTAw


Dünya universitetlərinin reytinqi: Azərbaycandan bir ali təhsil ocağı - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Netanyahunun oğlu və arvadının telefonuna sızdı - İDDİA
    İsrail mediası bu dəfə İran hakerlərinin Netanyahunun ailəsinin telefonlarına sızdığını yazıb
     20.03.2019
    Laqodexidə İmam Əlinin mövludu keçirilib - FOTO
    Gürcüstanın Laqodexi bölgəsində Şahi Vilayət - Həzrəti Əlinin (ə) mübarək mövludu münasibətilə mərasim keçirilib
     20.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ