EURO 1,9267 NEFT 68,23
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:08.07.2018 01:00:28

Bununla bağlı açıqlama verən vəkil Elman Ağayev bildirib ki, Yunisin ölməsi ilə bağlı iddialar əsasızdır.

Xəbər verdiyimiz kimi, iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan atəş açılıb. İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. Maraqlısı odur ki, sosial şəbəkələrdə paylaşılan şəkillərdə Yunis Səfərovun polis tərəfindən işgəncələrə məruz qaldığı, hətta öldürüldüyü bildirilir.

Bununla bağlı big.az-a açıqlama verən vəkil Elman Ağayev bildirib ki, Yunisin ölməsi ilə bağlı iddialar əsasızdır. İstintaq getdiyi üçün əlavə məlumatlar verə bilmərəm. Tək onu deyə bilərəm ki, Yunis sağ-salamatdır. Mətbuatda döyülməsi məsələsi çox şişirdilib. Mən iyulun 4-ü onu görəndə döyülmüş insan kimi hərəkət etmirdi. Mənimlə normal danışırdı. Üzündəki xəsarəti soruşanda bildirdi ki, polislər onu yaxalamaq istəyərkən olub. Mən onun bütün bədəninə baxmışam. Ondan əlavə heç bir xəsarəti yoxdur. İyulun 5-də də görmüşəm. Hər dəfə onunla görüşəndə döyülüb-döyülməməsini soruşuram. Hətta bədəninə baxıram. Ailəsi ilə əlaqəm hələ ki olmayıb. Buna, düzü, vaxt da tapa bilmirəm. Ziyalı, hüquqşünas bir oğlandır. Savadlı bir gəncdir. Vəkil kimi olmasa da, qanunu biləndir.

"Peşmandırmı?" sualına vəkil onu zamanı gələndə Yunisin özü bildirəcəyini vurğulayıb: "Amma onun döyülməsi haqqında çıxan informasiyalar yalandır. Ən azından mən vəkiləm. İstəmərəm ki, müdafiə etdiyim şəxsə qarşı kimsə zor tətbiq etsin. Əgər belə bir şey olsa hər kəsə deyərəm. Hətta onu müdafiə etməkdən belə imtina edərəm. Yunis sağ-salamatdır. Dünən mənimlə birgə qarpız da yeyib, çay içib. Mənimlə rahat danışır. Bu hadisəni törədən şəxsdə təbii ki, müəyyən sıxıntı olacaq. Onu sadəcə bu gün görməmişəm. Vaxt edib gedib bu gün də görüşməyə çalışacam".


"Dünən Yunislə birlikdə qarpız yeyib, çay içmişik..." - icra başçısını güllələyənin VƏKİLİ DANIŞDI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Abel Məhərrəmov konfransda kefli çıxış edib” - Deputat təsdiqlədi
    Yayılan məlumatlar arasında keçmiş rektorun İspaniyada keçirilən konfransda sərxoş halda çıxış etməsinə dair söyləntilər də yer almaqdadır.
     16.11.2018
    200 manatadək maaş alan şəxsdən 25 faiz sosial sığorta tutulacaq
    “Sosial sığorta haqqında” qanuna ciddi dəyişikliklər nəzərdə tutulur.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ