EURO 1,9338 TRY 0,2945
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:01.04.2019 20:08:26

Dubayda Qurani-Kərimə həsr edilmiş park açılıb.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, BƏƏ-nin Dubay şəhərinin əl-Havanic rayonunda bu həftəsonu Quran Parkının açılışı baş tutub.

Bu qeyri-adi parkın ziyarətçiləri müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə qeyd edilən möcüzələr haqda məlumat ala biləcəklər.

Məxsusən də, ümumi sahəsi 60 hektar olan park ərazisində “Möcüzələr mağarası” düzəldilib. Burada müasir texnologiyalar vasitəsi ilə inanılmaz fenomenlər barədə məlumatlar təqdim ediləcək.

Həmçinin park açıq teatr, uşaqlar üçün oyun meydançaları, palma oazisi, göl, fəvvarələr, həmçinin velosiped və qaçış yolları da var.

Layihə müəlliflərinin fikrincə, Quranda adları çəkilmiş 54 ağacı olduğu qeyri-adi bağ ziyarətçilərin xüsusi marağına səbəb olacaq.


Dubayda Quran Parkı açıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə avtobus qatara çırpıldı
    Hadisə yerinə təcil tibbi yardım heyəti cəlb edilib.
     24.06.2019
    Jurnalist qadından şok iddia: Tramp məni zorlayıb...
    Tramp məsələyə reaksiya verib.
     24.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ