1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:26.04.2019 09:54:26

Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şimal-qərb regional mərkəzinin əməkdaşları birgə əməliyyat keçirib

Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şimal-qərb regional mərkəzinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Kəbəloba kəndi ətrafında yerləşən meşəlik ərazidə şübhəli bağlama aşkar edilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, həmin bağlamaya baxış zamanı onun içərisində bir ədəd “Revolver” tipli tapança, bir ədəd ov tüfəngi 23 gilizlə birlikdə, iki ədəd əl qumbarası, bir ədəd 4,5 mm-lik tapança, 680 ədəd müxtəlif silahlara məxsus güllələr, bir ədəd gecəgörmə cihazı, bir ədəd avtomat patron darağı, bir ədəd idman tapançası 2 patron darağı ilə birlikdə və bir ədəd 9 mm-lik tapança darağı aşkar edilərək götürülüb.

 Faktla bağlı araşdırma aparılır.

DTX və polisdən Zaqatalada əməliyyat

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan mədəniyyətinə ağır itki, məşhur sima VƏFAT ETDİ
    Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
     14.09.2019
    Vasif Talıbov öz özünü yeni vəzifəyə təyin etdi
    Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalanıb.
     14.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ