EURO 2,0949 NEFT 64,8
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR

Kateqoriya : XƏBƏRLƏR

Yayınlanma tarixi:10.02.2018 12:16:48

Dövlət Təhlükəsiz Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşları birgə əməliyyat keçirib

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, fevralın 9-da bu istiqamətdə keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat aşkar edilərək götürülüb.

Belə ki, əldə edilən məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Yüzbaşlı kənd sakini Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - “İJ” və “TOZ-8” markalı tüfənglər, 1 ədəd “Naqan” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Alpout kənd sakini Elvin Ələsgərovdan müvafiq sənədləri olmayan “İJ-54” markalı ov tüfəngi götürülüb.

Polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktiki və hüquqi maarifləndirmə tədbirləri öz təsirini göstərir. Belə tədbirlərin nəticəsidir ki, ötən gün Bakı şəhər sakini Rüstəm Məmmədov “Makarov” markalı tapançanı və 13 ədəd patronu Xəzər Rayon Polis İdarəsinə (RPİ), Nardaran qəsəbə sakini Sabir Babayev müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ 42-ci Polis Bölməsinə təhvil veriblər. 


DTX və DİN əməkdaşları birgə əməliyyat keçirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda qətl hadisəsi baş verib
    Suraxanı rayonunda qətl hadisəsi törədilib.
     21.02.2018
    Azərbaycan nefti ucuzlaşıb
    "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,60 dollar və yaxud 0,90% azalıb.
     21.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ