EURO 1,9848 NEFT 78,55
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:07.03.2018 14:48:47

Martın 6-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xaçmaz rayonunda dini ekstremistləri zərəsizləşdirdiyini bildirib.

Martın 6-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xaçmaz rayonunda dini ekstremistləri zərəsizləşdirdiyini bildirib. 

Bu barədə DTX-nın yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, xüsusi xidmət orqanı tərəfindən beynəlxalq terror təşkilatının tabeçiliyində olan Sabir Məmmədov və digərlərindən ibarət "Xaçmaz camaatı" adı altında yaradılmış dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3 (terrorçuluğa hazırlıq), 218.2 (cinayət birlikdə iştirak etmə) maddələri ilə başlanılan cinayət işi üzrə təxirəsalınmaz kompleks əməliyyat tədbirləri keçirildiyi bildirlir. 2018-ci il martın 6-da cinayətkar birliyin üzvlərindən - Sabir Məmmədov və Tərlan Səlimovun Xaçmaz rayonu ərazisində tərksilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncular təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə S.Məmmədov və T.Səlimov məhv ediliblər", - məlumatda bildirilir.

Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülüb, cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir. (Turan)


DTX-dan "Xaçmaz camaatı" terror qruplaşmasına qarşı əməliyyat: İki nəfər öldürülüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Londonda sürücü maşınını məscidin yanındakı adamların üzərinə sürdü
    Yerli polis insidentlə bağlı məlumat verib.
     19.09.2018
    Valideynlər övladlarını məktəblərə qoya bilmir - ŞİKAYƏT
    Yeni tədris ili başlasa da, bəzi valideynlər övladlarını təhsil müəssisələrinə yerləşdirə bilmirlər.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ