1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:21.09.2018 20:50:54

Aşura mərasimi QMİ tərəfindən rəsmi təyinat almış din xadimləri tərəfindən idarə olunub

"Bu il Azərbaycanda Aşura və Tasua mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəbul etdiyi fətvaya uyğun olararaq keçirilib".

İslamazeri.com xəbər verir ki, bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.

O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) “Məhərrəmlik” mərasimləri ilə bağlı hazırlanmış Tədbirlər planına əsasən mərasimlərin sivil, milli adət-ənənələrimizə uyğun formada keçirilməsi istiqamətində həm QMİ, həm yerli icra, həm də hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər həyata keçirilib.

C.Əlifzadə vurğulayıb ki, şəhər və rayonlarda aparılmış monitorinqlər, daxil olmuş məlumatların təhlilinin ilkin nəticələrinə əsasən, bu il Aşura mərasimi ümumilikdə sabit keçmiş, ciddi pozuntuya yol verilməyib: "Bəzi yerlərlə qeydə alınan kiçik neqativ hallar mərasimlərin ümumi gedişatına təsir göstərməyib. Ötən illərdə müşahidə olunan xurafat və mövhumat elementlərini özündə ehtiva edən qançıxarma halları ümumiyyətlə qeyd alınmayıb, fərdi şəxslərin zəncirvurmaya cəhd hallarının qarşısı din xadimləri ilə birgə fəaliyyət sayəsində vaxtında alınıb. Burada qeyd edək ki, müsəlman alimlərinə görə zəncir vurmaq və baş yarmaq kimi bədənə xəsarət yetirən əməlləri İslam dininin əsas prinsiplərinə ziddir. Eyni zamanda, bunun İslamın gözdən salınmasına, İmam Hüseyn əzadarlığının hörmətdən düşməsinə təsir göstərən amillərdəndir. Tanınmış ruhanilər və alimlər daim möminləri belə günah əməllərdən çəkinməyə çağırıb".

Şöbə müdiri əlavə edib ki, Dövlət Komitəsi hər il olduğu kimi bu ildə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına dəstək vermək məqsədilə dini icmalar və əhali arasında təşviqat və təbliğat işlərini aparıb. Nəzərinizə catdırırıq ki, bu il 11-i Bakı şəhərində, 18-i isə respublikanın böyük şəhər və rayonlarında olmaqla 28 yerdə qanvermə aksiyası keçirilib. Bu il aksiyada 5 min 340 nəfər könüllü olaraq qan vermiş və bu şəxslərdən 2403 litr qan tədarük edilib. Ümumilikdə, bu il “Aşura” mərasimləri ibadətgahlarda (məscid və ziyarətgahlarda) və onlara məxsus ərazilərdə təşkil olunmuş, kənar yerlərdə kütləvi mərasimlərin keçirilməsi müşahidə edilməyib. Aşura mərasimi QMİ tərəfindən rəsmi təyinat almış din xadimləri tərəfindən idarə olunub. Bu ilki mərasimlərdə məktəbyaşlı uşaqlar, demək olar ki, iştirak etməyib. Eyni zamanda, Məhərrəm ayının başlanğıcından Aşurayadək keçirilən mərasimlərdə dini mövzulardan kənar söhbətlərə yol verilməyib".


Dövlət Komitəsi “Məhərrəmlik” mərasimləri ilə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 12 min ziyarətçi Ərbəin yürüşü üçün Azərbaycandan İrana daxil olub
    Böyük Ərbəin yürüşü yaxınlaşdığı bu vaxtlarda İranın Astara sərhəd qapısından İraqa getmək üçün 12 min ziyarətçinin daxil olduğu bildirilib.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ