EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:23.01.2019 14:58:26

Çağrı Mərkəzinə və sosial şəbəkələrdəki hesablarına qəbul imtahanının I mərhələsi üzrə fənlərə aid proqramlar və tapşırıq nümunələri ilə bağlı müraciətlər daxil olur.

Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunmuş “Abituriyent” jurnalının 1-ci sayında ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri və digər zəruri məlumatlar dərc olunub.

Dövlət İmtahan Mərkəzindən İslamazeri.com-a verilən məlumata görə, elektron poçt ünvanına, Çağrı Mərkəzinə və sosial şəbəkələrdəki hesablarına qəbul imtahanının I mərhələsi üzrə fənlərə aid proqramlar və tapşırıq nümunələri ilə bağlı müraciətlər daxil olur.

Qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün buraxılış imtahanı) üçün imtahan proqramları, qiymətləndirmə meyarları, ədəbiyyat siyahısı, test tapşırığı nümunələri və digər zəruri məlumatlar 2018-ci il noyabrın 2-də nəşr olunmuş “Abituriyent” jurnalının xüsusi buraxılışlarında (Azərbaycan və rus dillərində) təqdim olunub.

Həmin jurnalları da DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.


Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda bir neçə polis bölmə və şöbələrinə təyinatlar
    Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
     20.09.2019
    Tanınmış bloqer canlı yayımda öldü - VİDEO
    Daniyal Khan "Tik Tok"un tanınmış pakistanlı bloqeri dostları ilə birlikdə yol qəzası nətcəsində ölüb
     20.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ