EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:20.04.2019 12:58:10

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Abşeron rayonunda törədilmiş cinayətlə bağlı birgə məlumat yayıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Abşeron rayonunda törədilmiş cinayətlə bağlı birgə məlumat yayıb.

Birgə məlumatda bildirilir ki, Abşeron rayonunda öldürülmüş Əli Rəsulovun qətlinin üstü açılıb.

Belə ki, Tamara Rəsulovanın oğlu Əli Rəsulovun itkin düşməsini bildirməklə tapılmasında ona köməklik göstərilməsi ilə bağlı müraciəti əsasında aparılan araşdırma zamanı Ə.Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ keçirilməsinə ehtimal etməyə kifayət qədər əsaslı şübhələr olduğundan Abşeron rayon prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılıb.

Aparılmış istintaqla Fuad Mustafayevin 2016-cı ilin sentyabr ayında icarəyə götürdüyü paytaxtın Pirşağı qəsəbəsində yerləşən bağ evində Əli Rəsulovu ona məxsus əmlakı satıb pulunu ələ keçirmək üçün tamah niyyəti ilə bıçaqla xəsarətlər yetirib qəsdən öldürərək cinayəti gizlətmək məqsədilə meyiti hissələrə bölməklə sellofan torbaya büküb basdırmasına, daha sonra Ə.Rəsulovun tək yaşadığı evində olan məişət əşyalarını satmasına, eləcə də evi hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

17 aprel 2019-cu il tarixdə Fuad Mustafayevə Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.


Dostunu öldürüb meyitini parçaladı, torbaya büküb basdırdı - Ölkədə dəhşətli cinayət

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Afaq Məsud kimdir?
     25.05.2019
    General Aydəmirov: Qarabağda müharibə yetişib, bu an məsələsidir
    "Bu barədə danışan ekspertlər də Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsini dərk edirlər."
     25.05.2019
    Fuad Abbasov təcridxanadan danışdı - HƏBSİNİN SƏBƏBLƏRİNİ AÇIQLADI
    Artıq bir həftədir ki, Rusiyada saxlanılan Azərbaycan vətəndaşı, jurnalist və blogger Fuad Abbasovla bağlı məsələ gündəmin əsas müzakirə mövzusudur.
     25.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ