Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:11.07.2022 17:51:25

Yanğın təhlükəsi ilə üz-üzə qalan fərdi evlər və iaşə obyektləri polis əməkdaşları və kənd sakinlərinin birgə tədbirləri ilə yanğından mühafizə olunub.

Şabranda baş verən yanğının qarşısının alınmasında polislər yaxından iştirak ediblər.

İslamazeri.com xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə, dünən saat 17.30 radələrində Şabran rayonunun Ağalıq və Təzəkənd kəndləri arasındakı təxminən 50 hektarlıq biçilmiş taxıl sahəsində yanğın baş verib:

“Dərhal Şabran Rayon Polis Şöbəsinin şəxsi heyəti həyəcan siqnalı ilə səfərbər edilərək güclü küləyin müşayiəti ilə yanan əraziyə cəlb olunublar. Eyni zamanda Yol Patrul Xidməti Alayının əməkdaşları yanğın baş verən ərazinin yaxınlığından keçən avtomobil yollarının istiqamətini dəyişərək sürücü və sərnişinləri daha təhlükəsiz, alternativ yollara yönləndiriblər.

Havanın isti və küləkli, ərazinin isə böyük olması yanğının qarşısını almaqda çətinlik yaradıb. Odur ki, yanğınla mübarizəyə ətraf rayonların - Xaçmaz, Xızı, Quba, Qusar və Siyəzən Polis şöbələrinin də əməkdaşları cəlb olunublar.

Yanğın təhlükəsi ilə üz-üzə qalan fərdi evlər və iaşə obyektləri polis əməkdaşları və kənd sakinlərinin birgə tədbirləri ilə yanğından mühafizə olunub.

Polis əməkdaşları və mülki əhali arasında xəsarət alan olmayıb”.


DİN: Şabranda yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ