EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:01.11.2019 11:58:02

Daxili İşlər Nazirliyi (DİN) avtomobillə vurulmuş hüquq müdafiəçisi Oqtay Gülalıyevin "qəsdən vurulması ilə bağlı yayılmış xəbərləri təkzib edən" bəyanat yayıb.

"Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur", bəyanatda deyilir.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev çərşənbə günü baş tutan əməliyyatdan sonra hələ "komadadır", həyat yoldaşı Firuzə Gülalıyeva deyib.

Çərşənbə axşamı günü Bakıda şəhərin mərkəzində işıqforun yaşıl işığında piyada keçidindən keçərkən onu maşın vurub. Faktla bağlı cinayət işi açılıb.

DİN-in yaydığı məlumatda hadisənin təfərrütları açıqlanır və taksi sürücüsünün Oqtay Gülalıyevi "ehtiyatsızlıqdan vurduğu" bildirilir.

Məlumatda deyilir ki, "Yol hərəkəti haqqında" qanunun "Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir" tələbinin pozulduğu müəyyən olunub.

Yol qəzasından sonra "komaya düşən" və vəziyyəti "ağır" olan Oqtay Gülalıyev çərşənbə günü Bakıda özəl klinikaların birində əməliyyat edilib.

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Oqtay Gülalıyevin vəziyyəti "hazırda ağır stabil, keçirdiyi əməliyyata uyğundur. Müalicəsi reanimasiya şöbəsində davam edir".

Bakı Şəhər Baş Polis İdarəsi bildirib ki, Oqtay Gülalıyevi vuran, taksi fəaliyyəti ilə məşğu olan sürücü Kənan Abdullayevə qarşı cinayət işi açılıb. (BBC Azərbaycanca)


DİN-dən Oqtay Gülalıyev açıqlaması

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ