EURO 1,8842 TRY 0,2624
USD 1,7 RUB 0,0214
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:30.09.2019 11:20:53

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb. 

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrin arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib və onların siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.

Ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış abituriyentlərin saylarının ali təhsil müəssisələri üzrə paylanması barədə siyahı ilə bu linkdən tanış olmaq olar.


DİM: Daha 1298 tələbə pulsuz təhsil alacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Vəhid Xorasanidən koronavirusla bağlı tövsiyələr
    Ayətullah Vəhid Xorasani koronavirus pandemiyası dövründə möminlərə bu məsləhətləri verib
     30.03.2020
    Nazir açıqladı: Türkiyədə 20 polis koronavirusa yoluxub - VİDEO
    Türkiyənin DİN naziri Süleyman Soylu ölkəsində 20 nəfər polisin koronavirusa yoluxduğunu bildirib
     30.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ