EURO 1,9349 NEFT 56,44
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:09.02.2018 11:06:52

Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar ayında dövlət büdcəsinə 226 mln. 88,3 min manat məbləğində vergi və rüsum köçürüb.

Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar ayında dövlət büdcəsinə 226 mln. 88,3 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.

Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar ayında DGK xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 173 mln. 962,6 min manat təşkil edib. Beləliklə, yanvarda dövlət büdcəsinə köçürmələr 29,9% artıb.

Bu ilin yanvar ayı ərzində dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 157 mln. 18,9 min manat, aksizlər üzrə 6 mln. 780,7 min manat, yol vergisi üzrə 2 mln. 818,1 min manat təşkil edib.

Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 59 mln. 470,6 min manat məbləğində olub.

2018-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 2 mlrd. 430 mln. manat həcmində müəyyən edilib.


DGK yanvar ayında dövlət büdcəsinə vergi və rüsum köçürmələrini 30% artırıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakı Hava Limanının xanım əməkdaşı faciəli şəkildə öldü - FOTOLAR
    Bakıda aviasiyanın əməkdaşı faciəli şəkildə ölüb.
     19.12.2018
    Şəhid polkovnikin övladı atasının ad günündə Amerikada çempion oldu - FOTOLAR
    Amerikada azyaşlılar arasında keçirilən güləş üzrə birincilikdə Nəimi Elşad oğlu Quliyev finalda qələbə qazanıb.
     19.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ