EURO 1,923 TRY 0,2477
USD 1,7 RUB 0,0237
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:14.11.2019 09:42:30

“Təqaüdçülərə ictimai nəqliyyatdan pulsuz istifadə etmək barədə düşünmək olar”.

“Təqaüdçülərə ictimai nəqliyyatdan pulsuz istifadə etmək barədə düşünmək olar”.

İslamazeri.com “report”a istinadən xəbər verir ki, bunu deputat Elmira Axundova parlamentin plenar iclasında deyib.

“Gələn ilin büdcəsində müxtəlif növ kateqoriyalı insanlar üçün bir sıra sosial güzəştlər və imtiyazlar nəzərdə tutulub.

Lakin yaşlı vətəndaşlar üçün, demək olar ki, təqaüddən başqa əlavə gəlir yoxdur.

Əgər biz gələn il təqaüdçülərə ictimai nəqliyyat növlərini pulsuz etsək, bu, yeni ildə onlar üçün ən yaxşı hədiyyə olardı”, - deyə Elmira Axundova bildirib.

Deputat ahıl yaşda olan insanlarla bağlı digər təklifini də səsləndirib:

“Təklif edirəm ki, 80 yaş və ondan yuxarı olan şəxslərə dərmanlar pulsuz verilsin, ya da onların təqaüdlərinə şərti olaraq “dərman pulu” dediyimiz məbləğ əlavə edilsin.

Yenə də dünya təcrübəsinə əsaslanaraq bunu deyirəm. Misal olaraq, Almaniyada təqaüdçülər onlara səhhətləri üçün vacib olan bütün dərmanları pulsuz alırlar.

Çox arzulayardıq ki, bu xoş və nəcib təcrübə Azərbaycanda da tətbiq olunsun. Çünki bizim inkişaf səviyyəmiz buna imkan verir”.


Deputatdan təklif: “Bu şəxslər avtobuslardan pulsuz istifadə etməlidir”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Şəhristanilə danışdım, müalicə kursu uğurla sona çatıb
    Bunu “Alulbayt Gürcüstan”ın rəhbəri, Ayətullah Şəhristaninin Gürcüstan nümayəndəsi Hacı Faiq Nəbiyev bildirib.
     07.07.2020
    Məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir
    Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib.
     06.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ