EURO 1,9105 TRY 0,2915
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:01.02.2019 19:08:37

“Ədalət” qəzeti yenə də çap olunacaq və KİV DF-nin şərtlərinə əməl olunacaq”.

Millət vəkili Aqil Abbas təsisçisi olduğu “Ədalət” və bir neçə digər qəzetin fəaliyyətini dayandıracağına dair yayılan xəbərlərə münasibət bildirib.

Deputat BakuPost-a açıqlamasında deyib ki, qəzetin bağlanmasından söhbət gedə bilməz: “Qəzetlərin bağlanacağını kim deyib ki? Müəyyən qəzetləri dövlət maliyyələşdirir. İndi də şərt qoyublar ki, tirajı artırın. Əvvəllər dövlət pul vermirdi, qəzetlər çıxmırdı?

“Ədalət” qəzeti yenə də çap olunacaq və KİV DF-nin şərtlərinə əməl olunacaq”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərin maliyyələşdirilməsinə dair tələbləri dəyişib. Bundan sonra son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edə bilər. Məhz bu tələblərə cavab verməsi real sayılmayan 20-ə qədər qəzetin bu gün elan edilən KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edəcəyi real sayılmır.

Həmin qəzetlərin aşağıdakılar olduğu bildirilir: “Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe”.


Deputatdan qəzetinin bağlanacağı xəbərinə REAKSİYA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanlılar kimə səs verib? - Ukrayna MSK-sı açıqladı
    Ukraynanın Mərkəzi Seçki Komissiyası bu ölkənin Azərbaycandakı Səfirliyində dünən keçirilmiş prezident seçkilərinin nəticələrini açıqlayıb.
     22.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ