EURO 1,9423 NEFT 72,47
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:08.06.2018 11:00:22

"Qadınların, xüsusilə, gənc qızların peşə-ixtisas təhsilinə və məşgulluğunun təmin olunmasına ciddi önəm verilməlidir."

"Qadınların, xüsusilə, gənc qızların peşə-ixtisas təhsilinə və məşgulluğunun təmin olunmasına ciddi önəm verilməlidir."

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Musa Quliyev son illər Azərbaycan cəmiyyətində boşanmaların, erkən nikahların artmasına münasibətini bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, erkən nikahların çoxalması bir tərəfdən xurafatın, geriqalmışlığın, qadın hüquqsuzluğunun cəmiyyətimizə meydan oxumasıdırsa, digər tərəfdən buna rəvac verən faktorların hələ də aktual olmasıdır:

“Fikrimcə, hər iki istiqamətdə mübarizə daim getməlidir. Maarifləndirmə və inzibati təqiblər paralel aparılmalıdır. Bəyəm kənddə məktəb direktoru, icra nümayəndəsi, bələdiyyə sədri görmürlər ki, kimin məktəbli qızı nişanlanıb, məktəbə gəlmir?!

Yaxud, kənddə toy olanda onun səsi rayon polis şöbəsinə gedib çatmırsa, o rəisin qulağı ilə bağlı “problem” daha güclü əl tərəfindən həll olunmalıdır.

Bizim qanunlara görə 18 yaşa çatmayan şəxslər uşaq sayılır və uşaqların taleyüklü qərarlar qəbul etmə hüququ yoxdur. Bu yaşa çatmayan qızlar mənəvi, intellektual, hətta, çox zaman fizioloji baxımdan ailə həyatına, uşaq doğub böyütməyə, tərbiyə etməyə hazır olmurlar. Bir peşə sahibi olmadıqları üçün də iqtisadi, mənəvi və hüquqi baxımdan asılı vəziyyətə düşürlər”.

M.Quliyev deyib ki, məsələnin digər tərəfi “qız yükü-duz yükü” problemidir, yəni qadınlarımızın məşğulluğu məsələsidir:

“Erkən nikahların böyük bir qismi də buradan qaynaqlanır. Qadınların, xüsusilə, gənc qızların peşə - ixtisas təhsilinə və məşgulluğunun təmin olunmasına ciddi önəm verilməlidir.

Peşəsi, iş yeri olan qadın ailəsinə maddi dəstək, cəmiyyətin fəal üzvü kimi söz sahibi olar, boşanarsa belə ayaq üstə durmağı bacarar. Tənzimləyici normalar və qanunlarımız kifayət qədərdir, sadəcə, onların zamanında və düzgün tətbiq edilməsi lazımdır”.

İslamazeri.com


Deputat: Toyun səsi polisə çatmırsa, o rəisin qulaq “problem”i həll olunmalıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan: Din və bayrağımıza hücum edənlər bizi diz çökdürmək istəyirlər!
    Ərdoğan ölkəsinə qarşı olan iqtisadi təzyiqlə bağlı danışıb.
     20.08.2018
    Maşın qəbirstanlıqlarından aldığı retro avtomillərə nəfəs verdi - FOTO-VİDEO
    Türkiyənin Ərzincan şəhərində yaşayan Metin Köksal adlı avtomobil ustası ölkənin dörd bir tərəfindən əzilmiş, yararsız hala düşmüş retro avtomobilləri alaraq yeniləyir.
     20.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ