Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:17.06.2022 13:01:15

"Bu insanlar danışmaq istəyir, onları qəbul etmək lazımdır. Aidiyyəti dövlət qurumlarında onların şikayətlərini dinləmək üçün komissiya yaradılmalıdır".

"Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilərin bəzi narazılıqları hansısa formada həlli yolu tapılmalıdır. Çünki onlar hər zaman diqqət mərkəzindədirlər. Prezident İlham Əliyev, Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə onların xüsusi qayğı ilə əhatə olunması üçün çox böyük işlər görülür".

İslamazeri.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, bu cür görülən işlərə xırda problemlərlə kölgə salmaq olmaz: "Bu insanlar danışmaq istəyir, onları qəbul etmək lazımdır. Aidiyyəti dövlət qurumlarında onların şikayətlərini dinləmək üçün komissiya yaradılmalıdır. Narazı şəxslər həmin komissiyaya dəvət edilsin, sənədləri araşdırılsın. Biri özünü öldürür, digəri özünü asır. Misal olaraq, qazi gəlir nazirliyə və ona cavab verilir ki, "sənin sənədlərin komputerə gəlməyib". Gəlməyib sən hazırla! Sən nazirlik əməkdaşısan, ona Prezidentin qayğısını hiss etdir. Burada cəmi 1 həftəlik iş var. Bunu etmək böyük problem deyil. Dörd aidiyyəti qurum var ki, hərəsinin minlərlə işçisi var. Bu işçilərdən hərəsi 5 nəfər ayırsa, problemlər həll oluna bilər. Bu məsələni yoluna qoya bilərlər”.


Deputat: "Qaziləri qəbul etmək və şikayətlərini dinləmək lazımdır"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsti hava şəraiti avqustun 20-dək davam edəcək
    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
     15.08.2022
    Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
     15.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ