1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:31.05.2019 13:32:57

“Keçən il tikintiyə büdcədən 8 milyard 100 milyon manat, təhsilə 2 milyard manat, səhiyyəyə 700 milyon manat civarında, sosial təminata 1 milyard 300 milyon manat xərclənib”.

“Keçən il tikintiyə büdcədən 8 milyard 100 milyon manat, təhsilə 2 milyard manat, səhiyyəyə 700 milyon manat civarında, sosial təminata 1 milyard 300 milyon manat xərclənib”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin I oxunuşda müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Deputat deyib ki, təhsil, səhiyyəyə, elm və sosial təminata yönəldilən xərclər tikintiyə ayrılan xərclərin 50 faizini belə təşkil etmir: “Belə büdcəni necə sosial büdcə adlanlırmaq olar?”
Vitse-spiker Bahar Muradova həssas qruplar üçün binalar tikildiyini, yollar çəkildiyini, yaşıllıqlar salındığını xatırladıb: “Yalnız tikintiyə ayrılan vəsaiti nəzərdə tutaraq, büdcənin sosial büdcə olmadığını demək düzgün deyil. Tikinti sahəsində də insanlar çalışır, əmək haqqı alırlar”.
Deputat Azay Quliyev deyib ki, bu gün sosial şəbəkələrdə ehtiyat fondları ilə bağlı məsələni fərqli yöndə müzakirəyə çıxarıblar: “Büdcə bir kənarda qalb, ehtiyat fondlarını müzakirə edirlər. Ehtiyat fondlarından müdafiə xərclərinə kifayət qədər vəsait yönəldilib”.
A.Quliyev mənzil-istismar idarələrinin özəlləşdirilməsinin müzakirəyə çıxarılmalı olduğunu bildirib: “Təkcə mənim depupat olduğum rayonda binalarda yüzlərlə işləməyən lift var”.


Deputat: “Mənzil-istismar idarələri özəlləşdirilməyə çıxarılmalıdır”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan mədəniyyətinə ağır itki, məşhur sima VƏFAT ETDİ
    Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
     14.09.2019
    Vasif Talıbov öz özünü yeni vəzifəyə təyin etdi
    Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalanıb.
     14.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ