EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:20.07.2019 13:17:44

İrəvanda keçirdiyi mətbuat konfransında deputat Həsənov qeyd edib ki, Türkiyə aviasiyasının zərbələri nəticəsində “dinc əhali” həlak olub.

Ermənistanda hakim “Mənim addımım” blokundan deputat, kürd icmasının rəhbəri Knyaz Həsənov Türkiyənin İraqın şimalında PKK-ya qarşı keçirdiyi “Pəncə” əməliyyatını pisləmək üçün mətbuat konfransı təşkil edib.

Virtualaz.org erməni qaynaqlarına istinadən xəbər verir ki, bu aksiya iyulun 19-na keçən gecə Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında PKK mövqelərinə zərbələr endirməsinin ardınca keçirilib. Türkiyə aviasiyası Ərbildə bir türk diplomatının öldürülməsi ilə nəticələnən və PKK tərəfindən həyata keçirilən terror hücumuna cavab olaarq İraqın şimalına hava zərbələri endirib.

Və bu zərbələrə etiraz Ermənistandan eşidilib. İrəvanda keçirdiyi mətbuat konfransında deputat Həsənov qeyd edib ki, Türkiyə aviasiyasının zərbələri nəticəsində “dinc əhali” həlak olub. Onun sözlərinə görə, Ərbildə türk diplomatının öldürülməsinə görə məsuliyyəti heç bir təşkilat üzərinə götürməyib. Lakin bu hücumu PKK həyata keçirmiş olsaydı belə onu “düzgün qəbul edərdilər”.

Knyaz Həsənov

Knyaz Həsənov İraqın şimalındakı kürd administrasiyasını da “Türkiyənin hücumlarına laqeyd qaldıqları üçün” tənqid edib.

“Məsələn, bu gecə Türkiyə aviasiyası İraq Kürdüstanı ilə sərhəddəki Mahmur düşərgəsini bombalayıb, orada BMT-nin himayəsi ilə qaçqınlar məskunlaşıb. Ölənlər, yaralananlar var. Bu da o deməkdir ki, türk dövləti kürdləri məhv etmək istəyir”,-Ermənistandakı yezidi kürd icmasının rəhbəri deyib.

Knyaz Həsənov İmralı həbsxanasında saxlanılan PKK lideri Abdullah Öcalan haqda da danışıb. Deyib ki, ona son 8 ildir vəkilləri ilə görüş verilmirdi, amma İstanbulda keçirilən seçkilər ərəfəsində buna şərait yaratdılar. Çünki İstanbulda “milyonlarla kürd” yaşayır və onların səsini qazanmaq istəyirdilər.

Ermənistanda fəaliyyət göstərən “Kürdüstan” komitəsinin sədri Slo Drobyan da Türkiyəni qınayıb, bu ölkənin “Osmanlı imperiyasının sərhədlərini bərpa etmək istədiyini” bildirib. Drobyanın sözlərinə görə, İraqın şimalındakı regional kürd hökuməti kürdlərin səsini dinləmir, Ərdoğanla əməkdaşlıq edir və susur.

“Biz regiondakı demokratik qüvvələri həmin kürd administrasiyası ilə əməkdaşlıq etməməyə çağırırıq”,-Drobyan deyib.

Ermənilər Suriyada təlim keçir

Qeyd edək ki, son vaxtlar Ermənistan hakimiyyətinin PKK-ya birbaşa dəstəyi haqda məlumatlar tez-tez yayılır. Türkiyə qaynaqlarının məlumatlarına görə Ermənistanın xüsusi xidmət orqanları və hökuməti həm İranın Türkiyə ilə həmsərhəd kəndlərindəki PJAK yaraqlılarına, həm İraqın şimalındakı PKK-çılara silah və maddi dəstək verir. Ermənistandan dəstəklənən PJAK yaraqlıları İranın Türkiyə ilə sərhədindəki azərbaycanlı kəndlərinə silahlı hücumlar təşkil edir, kəndləri boşaltmağa çalışır.

O cümlədən Ermənistanın öz ərazisində və Azərbaycanın işğal altındakı Kəlbəcər, laçın rayonlarında PKK təlim düşərgələri yaratdığı haqda dəfələrlə məlumatlar verilib. Bu günlərdə isə Ermənistanın dəstəyi ilə Suriyanın şimalında yerli ermənilərdən formalaşdırılan “Ozanyan briqadası” adlı qruplaşmanın görüntüləri yayılmışdı. Həmin qruplaşm ASALA terror təşkilatının yeni adla bərpası kimi qiymətləndirilir.


Deputat Həsənov İrəvanda PKK-ya dəstək bəyanatları verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda azərbaycanlı tələbə suda boğulub
    Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
     24.08.2019
    Fələstində
    Dünən cümə günü də 71-ci "Geri Qayıdış" yürüşü keçirilib
     24.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ