1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:24.01.2021 10:07:40

Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.

İslamazeri.com trthaber-ə istinadən xəbər verir ki, Mərkəzi qərargahı  İstanbulda yerləşən bir şirkətə məxsus olan “Mozart” adlı Türkiyə gəmisinə San-Tome şəhərindən 98 dəniz mili (181 kilometr) Qvineya körfəzində hücum edildiyi bildirilib.

Şirkət açıqlamasında Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyptaun şəhərinə doğru hərəkət edən gəmidəki 19 heyət üzvündən birinin öldürüldüyü, 15 nəfərin qaçırıldığı, 3 nəfərin isə dəniz quldurları ilə birlikdə gəmidə qaldığı ifadə edilib.

Türkiyə qaçırılan heyətin axtarışı üçün təşəbbüslərə başlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan hadisənin təfərrüatlarını və gəmidəki vəziyyəti gəminin 4-cü kapitanı Furkan Yaren ilə telefonda danışaraq öyrənib. Hücumdan xilas olan 3 heyət üzvü ilə gəminin Qabona doğru irəlilədiyi barədə məlumat əldə edən dövlət başçısı Ərdoğan prosesi yaxından izlədiyini və qaçırılan gəmi personalının qurtarılması ilə bağlı bütün səlahiyyətlilərə təlimat verdiyini bildirib.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu da gəminin mənsub olduğu şirkətin operatoru Osman Levent Karsan ilə telefonla da danışaraq başsağlığı verib və keçmiş olsun diləklərini çatdırıb, qaçırılanların yaxın zamanda xilas edilməsi və təhlükəsiz şəkildə evlərinə qayıtmaları üçün vacib olan her şeyin yerineə yetiriləcəyini vurğulayıb.

Türkiyə başda Abuja olmaqla Nigeriya və ətraf ölkələrdəki  səfirlikləri  qaçırılan ekipajın xilas edilməsi üçün səfərbər edib.


Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İtkin düşən daha bir zabitin şəhid xəbəri gəldi
    Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.
     27.02.2021
    Bu gün Həzrəti Zeynəbin (ə) vəfat günüdür
    Hicri qəməri tarixi ilə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı xanım Zeynəbin (ə) vəfat günüdür
     27.02.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ