1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.01.2019 21:19:44

Bu barədə İslamazeri.com-a Dövlət Dəniz Agentliyindən bildirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Bu barədə İslamazeri.com-a Dövlət Dəniz Agentliyindən bildirilib.

“Məlumatda bildirilir ki, yanvar ayının 9-u günün ikinci yarısından yanvarın 10-nu gündüzədək Xəzər dəniz akvatoriyasinda şimal-qərb, şimal küləyinin sürəti 19-24 m/s, arabir 27-32 m/s, açıq dənizdə arabir 35 m/s-dək güclənəcək.

Dalğanın hündürlüyünün isə 2-4 metr, sonrakı inkişafda 6-8 metrədək olması gözlənilir. Daxil olan məlumatlar təcili olaraq Milli Mərkəzin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb”,- Agentliyin məlumatında qeyd edilib.

Milli Mərkəz eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri ilə qarşılıqlı məlumat mübadiləsi həyata keçirib.

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə hadisə ilə bağlı məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hadisə ilə bağlı məlumatlandırılıb.


Dəniz Agentliyindən təhlükəli hava ilə bağlı - XƏBƏRDARLIQ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Almaniya Postkorona dövrü: Hibrid avtomobil alıcılarına 6 min avro, uşaqlara 300 avro
    Almaniya hökuməti koronavirus pandemiyası nəticəsində yavaşlayan iqtisadiyyatı canlandırmaq üçün addımlar atacaq
     05.06.2020
    Tramp İrana təşəkkür etdi - SƏBƏB
    ABŞ Prezidenti Donald Tramp öz tvitter səhifəsində bu haqda yazıb
     05.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ