EURO 1,9254 NEFT 60,17
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:19.09.2018 13:41:47

Təhsil Nazirliyi hələlik məsələyə rəsmi münasibət bildirməyib.

Dünən sosial şəbəkələrdə Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə baş verdiyi iddia olunan hadisənin videogörüntüsü yayılıb.

Videogörüntüdə məktəbdə bir qrup qadın arasında baş vermiş dava-dalaşın az qala saçyolduya çatdığı müşahidə edilir.

İddia olunur ki, həmin qadınlar arasında direktoru Leyla İsmayılova da olub və o, müəllimlərlə mübahisə edib.

İslamazeri.com xəbər verir ki, Modern.az saytı bu gün qalmaqalın baş verdiyi məktəbin direktoru ilə əlaqə saxlamağa çalışıb. Məktəbdən bildirilib ki, direktor Leyla İsmayılova bu gündən məktəbə gəlmir:

"Məktəbin direktoru dünənki hadisədən sonra ərizəsini yazıb və məktəbdən çıxıb. Hazırda onun yerinə heç bir təyinat yoxdur".

Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki 2 saylı məktəbdə direktor və bir qrup müəllim arasında baş verən və valideynlərin də qoşulduğu mübahisəni telefonla qeydə alaraq görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

İddia edilir ki, məktəbin təxminən 10-a yaxın müəllimi Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə keçid balını toplaya bilməyib. Buna görə də direktor Leyla İsmayılova onların dərs saatını azaldıb.

Dava ilə bağlı görüntülər yayılandan sonra Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri məktəbə gəliblər, direktor və narazı müəllimlərdən izahat alınıb.

Təhsil Nazirliyi hələlik məsələyə rəsmi münasibət bildirməyib.


Dava-dalaş baş verən məktəbin direktoru istefa verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 12.12.18-nin 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 12.12.18-nin 4 önəmli xəbəri - VİDEO
     12.12.2018
    Tanınmış məşqçi millimizə gətirilə bilər - FOTO
    AFFA-nın Azərbaycan millisinin baş məşqçisi postunda görmək istədiyi məşqçinin adına aydınlıq gətirilib.
     12.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ