1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:10.01.2019 10:30:15

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar mərkəzi yaradılacaq

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar mərkəzi yaradılacaq. Təxminən bir il əvvəl mərkəzin statusu, onun dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıması, habelə gələcək fəaliyyətinə dair Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla universitetin rektoru, professor Şuxrat Siracəddinov arasında razılıq əldə olunub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, AMM burada xüsusi tərtibat və dizayn işlərini həyata keçirəcək, mərkəzi ölkəmizə dair nəşrlərlə təmin edəcək. Mərkəzə xüsusi avadanlıqlar, əyani vəsaitlər veriləcək və burada xalqlar arasında dostluq görüşləri, mədəni-ədəbi əlaqələrə dair müxtəlif tədbirlər, habelə dövlət atributları və milli mədəniyyətimizə dair xüsusi stendlər yaradılacaq.

 

Mərkəzdə Azərbaycan dili və ədəbiyyatının tədrisi həyata keçiriləcək, ədəbiyyatımıza dair azərbaycanlı alimlərin, mütəxəssislərin iştirakı ilə mühazirələr, “açıq dərs”lər, sərgi və seminarlar təşkil olunacaq, buradakı kitabxanadan isə özbək gəncləri geniş faydalanacaq, eyni zamanda Azərbaycan dili kursları təşkil olunacaq.


Daşkənddəki universitetdə Məhəmməd Füzulinin adını daşıyan mərkəz yaradılacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəsmi İrəvan Elmar Məmmədyarovu təkzib edir
    O həmçinin, Ermənistan və Azərbaycan xarici işlər nazirllərinin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyi ilə bağlı Elmar Məmmədyarovun bu gün dediklərini də təsdiq və ya təkzib etməyib.
     19.04.2019
    Əfqanıstanda fəlakət: 500-dən çox ölü və yaralı
    Əfqanıstanda təbii fəlakət böyük ziyan və itkilərə səbəb olub.
     19.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ