1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:27.02.2020 13:26:38

Covid-2019 koronavirusuna yoluxma faktı daha 4 ölkədə aşkar edilib.

İslamazeri.com  Trend-ə istinadən xəbər verir ki,  faktlardan biri Danimarkada qeydə alınıb.

Yerli TV2 telekanalının əməkdaşının İtaliyada dağ kurortunda istirahətdən qayıtdıqdan sonra koronavirusa yoluxduğu məlum olub. Hazırda o, karantinə alınıb.

Onun yoldaşında və övladında virus aşkar edilməyib.

Bundan başqa, Estoniyada İrandan gəlmiş bir kişidə koronavirus müəyyən edilib. Onun Estoniya vətəndaşı olmadığı deyilir.

Rumıniyada da yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb. Bunu  ölkənin Səhiyyə Nazirliyinin dövlət katibi Horatsiu Moldovan deyib.

Onun sözlərinə görə, yoluxma halı Qorj qəzasında yaşayan şəxsdə aşkarlanıb. Bildirilir ki, bu şəxsə virus 18-22 fevral tarixində ölkədə səfərdə olan İtaliya vətəndaşından keçib.

Bundan əlavə, Norveçdə də yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb. Bildirilir ki, yoluxan şəxs Tromsö şəhərinin sakinidir.


Daha 4 ölkədə koronavirus aşkarlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ənsarullahın Səudiyyəyə göndərdiyi fələstinlilərlə bağlı mesaja Həmas-dan cavab
    Həmas Yəmənin Ənsarullah hərəkatına təşəkkür edib
     28.03.2020
    Vəkili Tofiq Yaqublu ilə görüşüb
    Vəkil Elçin Sadigov Tofiq Yaqublu ilə görüşüb.
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ