1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:5.10.2020 16:30:44

İranın Qum Elmi Hövzəsinin müdiri Ayətullah Əli Rza Ərafı bu haqda bəyanat yayıb

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, İranın Qum Elmi Hövzəsinin müdiri Ayətullah Əli Rza Ərafı son günlər ermənilərin Azərbaycana qarşı hücumu və bundan sonra başlamış müharibəyə münasibət bildirib.

Açıqlamasını təqdim edirik:

Sizə nə olub ki, Allah və “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? Nisa 75”

Azərbaycan xüsusilə Lənkəran, Bakı və Qarabağ bölgəsi, Şiəlik tarixi boyunca böyük alimlərin beşiyi olmuşdur və bu torpaqlardakı alimlər hər zaman elmin qaranlıq sahəsində və səmalarında və elm hövzələrində parlamışlardır. Bu bölgənin 70 illik komunist rejimində olması, bölgənin şərəfli, azad və səmimi xalqının İslama, Peyğmbərə və pak Əhlibeytinə olan bağlılığını heç bir zaman azalda bilmədi. Bu əziz və şərəfli insanlar, İslam yolunda qərarlıqlarını və müstəkbir, sionisr ilə əlaqədə olan güclərə qarşı müqavimətlərini göstərdilər.

Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ bölgəsi Azərbaycana aiddir və İslam bədəninin bir parçasıdır, bu torpaqlardan ayrıla bilməz.

Elm hövzələri və böyükləri, ustad və tələbələri, İslamın təkimlərinə və nurani əhkamına dayanaraq, özlərinə Azərbaycanın raşid millətini dəstəkləmək və müdafiə etməklə vəzifə bilirlər və hər zaman Azərbaycan xalqının yanında olmuş və olacaqlardır, və Azərbaycanın Suverenliyini vurğulayırlar.Qlobal müstəkbir və sionizmin fitnəçi qruplarının İran və Azərbaycanın iki milləti arasında təfriqə və ayrılıq yaratmasına izin verməyəcəklər.

Təəssüflər olsun ki, bəzi ölkələr bir İranafobiya və Şiəfobiya dalğası yayaraq şər və bölücü hədəflərin arxası ilə gedirlər. İran İslam Respublikası xalqına və ölkəsinə qarşı pis münasibət yaradaraq və dedi-qodu yayaraq, İran və Azərbaycanın ili milləti arasında təfriqə və ayrılıqlar yaratmaq istəyirlər. Beləliklə palçıqlı sudan balıq tutmaq, müzdlu əsgər və təkfirçi gücləri ilə müstəkbir güclərin və sionistlərin bölgələrdə varlığına və təsirinə zəmin yaratmaq, bu sahədə müharibə və anlaşılmamazlığın kölgəsində qeyri-qanuni hədəflərinə çatmaq istəyirlər.

Hiylələrə qarşı tam bir şüurla Azərbaycanın Suverenliyini, torpaq bütünlüyünü müdafiə etmək və İslam ölkələrindəki xaricilərin təsirinə qarşı müqavimət etmək Müsəlmanların dini, şəri, əxlaqi və insane vəzifəsidir.

Azərbaycan alimlərinin, böyüklərinin və ziyalılarının, İan və Azərbaycanın iki milləti arasında bölünmə yaratma məqsədli düşmən hiylələrinə əngəl olacaqları və iki millər arasındakı dərin tarixi, mədəni və dini əlaqələrin pozulmasına izin verməyəcəkləri umulur.

Mütəal Allahdan Müsəlmanların hər cəbhədə zəfərini və İslam Ümməti düşmənlərinin pisliyinin yerinə otuzdurulmasını, İslam Ümmətinin vəhdət və bərabərliyini, İslam şəhidlərinin dərəcələrinin ucalığını və Müsəlman döyüşçülərin zəfərini diləyirəm.”


Dağlıq Qarabağ Azərbaycana aiddir, İslam bədəninin bir parçasıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ