EURO 1,9874 NEFT 72,68
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:26.12.2017 09:22:31

Onlar heç tərəvəz yeməyənlərdən 11 il daha cavan qalır

Yaşıl tərəvəzlər yaddaş və digər koqnitiv funksiyaları saxlamağa kömək edərək beyin qocalması prosesini ləngidir.


ABŞ-dakı Raş Universitetinin tibb mərkəzi mütəxəssislərinin gəldiyi qənaət belədir.

Tədqiqatda orta yaşı 81 olan 960 nəfər yaşlı insan arasında onların nə ilə qidalanmaları barədə anket sorğusu keçirilib.

Könüllülər hər il koqnitiv qabiliyyətləri - diqqət, yaddaş və təfəkkürü yoxlayan testləri yerinə yetiriblər.

Alimlər tədqiqatda iştirak edən könüllüləri tərəvəzlərlə qidalanmaya görə beş qrupa bölüblər və hər gün 1,3 pay göyərti yeyənlərlə ən az göyərti yeyənləri müqayisə ediblər.

Bütövlükdə hər il bütün iştirakçıların zehni qabiliyyəti 0,08 standart vahidə enirdi. Ancaq hər gün çox göyərti yeyənlərdə beyin qocalması əlamətləri daha az olub. Tədqiqatın yekunlarına görə, onlar heç tərəvəz yeməyənlərdən 11 il daha cavan qalıblar.(azertac)


Çoxlu göyərti yemək qocalmanı ləngidir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bahalaşan və ucuzlaşan məhsulların - SİYAHISI
    Cari ilin son üç ayı ərzində ərzaq məhsullarının əvvəlki ayla müqayisədə ardıcıl olaraq ucuzlaşması ikinci rübdə birinci rübə nisbətən ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 0,3 faiz aşağı düşməsinə səbəb olub.
     16.07.2018
    Ayətullah Xamenei: “Əsrin müqaviləsi” heç vaxt reallaşmayacaq
    İslam düşmənlərinin müsəlmanlarla mübarizədə başda Fələstin məsələsi və Yəmən müharibəsi olmaqla bu cür məsələləri diqqətdə saxladıqlarını xatırladan Ali Lider çıxışını belə davam etdirib
     16.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ