Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:28.06.2019 13:47:42

Çoxarvadlı şəxslərə və Almaniya həyat-tərzini mənimsəməyənlərə bu ölkənin vətəndaşlığı verilməyəcək.

Çoxarvadlı şəxslərə və Almaniya həyat-tərzini mənimsəməyənlərə bu ölkənin vətəndaşlığı verilməyəcək.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu, Almaniyanın vətəndaşlığın verilməsi haqqında qanununa edilən əlavə və dəyişikliklər layihəsində əksini tapıb. 

İyunun 28-də qanuna əlavə və dəyişikliklər layihəsi qəbul olunub.

Sənədə əsasən, hər hansı terror qruplaşmasına üzv olan, yaxud Almaniyadan xaricdə istənilən terror qruplaşması üçün mübarizə aparanlar başqa bir dövlətin vətəndaşı olduqları halda Almaniya vətəndaşlığından çıxarılacaqlar.

Almaniya vətəndaşlığı verilərkən dövlət qurumlarına yanlış məlumat verənlərin ölkədən çıxarılması və 5 il müddətinə Almaniyaya girişlərinin qadağan olunması müddəti 10 ilədək artırılıb.

Yaşıllar Partiyasından olan Filiz Polat yeni qanunun Almaniyanın mühacirət siyasətinə zərər verəcəyini bildirib. Onun sözlərinə görə, bu qanunla Almaniya 1980-ci illərə qayıdır. Bu sənədin həyata keçməsi üçün Almaniya Federal Təmsilçiləri Məclisində (Bundesrat) təsdiqlənməlidir. 


Çoxarvadlı şəxslərə Almaniya vətəndaşlığı verilməyəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS:
    HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud əz-Zəhhar ərəb hökmdarlarının öz tac və taxtlarını qorumaq üçün ərəb ləyaqət və sülh tarixini unutduqlarını bildirib.
     22.01.2022
    DSX-nın hərbi qulluqçusu intihar edib
    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
     22.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ