1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.05.2019 10:08:06

Azərbaycan 3 balı 69 kateqoriyadan yalnız məşğulluq və nikah bərabərliyi sahəsini əhatə edən kateqoriyalardan alıb

İslamazeri.com xəbər verir ki, Azərbaycan, Türkiyə və Ermənistan Avropada lesbian, gey, biseksual və transgenderlər (LGBT) üçün ən çox məhdudlaşdırıcı qanunlara malik ölkələrdir - ILGA-Europe belə açıqlama verib.

Azadlıq Radiosunun xəbərində deyilir ki, Beynəlxalq Lesbian, Gey, Biseksual, Trans və İntersex Assiosiasiyası (ILGA-Europe) özünün 100 ballıq şkalasında LGBT icmasına bərabər hüquqların verilməsi sahəsində bu ölkələri ən aşağı ballarla qiymətləndirib.

Azərbaycan 3 balı 69 kateqoriyadan yalnız məşğulluq və nikah bərabərliyi sahəsini əhatə edən kateqoriyalardan alıb.

Türkiyə və Ermənistana müvafiq olaraq 5 və 7 bal verilib.

Bu ölkələrin nəticələrini ötənilki nəticələrlə müqayisə etmək mümkün deyil, beləki IGLA-Europe bu il qiymətləndirmə kateqoriyalarının sayını artırıb. Yeni kateqoriyalar daha çox vətəndaş cəmiyyəti və sığınacaq sahələrinə aid siyasət və qanunları əhatə edir.

LGBT hüquqlarına görə ən yüksək yerləri Malta, Lüksemburq və Finlandiya tutublar. Fransa və Britaniyanın da göstəriciləri Finlandiyada olduğu kimidir.

Amma ümumilikdə Britaniya, Fransa və Almaniyanın builki balları keçən illə müqayisədə azalıb.

Qiymətləndirmə Avropanın 49 ölkəsində aparılıb.

Qeyd edək ki, bir çox ölkədə insan fitrətilə zidd olan bu xəstəliyin müalicəsindən çox, onlara azadlıq verib bəşəri bu istiqamətdə inkişaf etdirməyə çalışan qüvvələr var. Təbii milli-mənəvi dəyərlər, mentalitetin olduğu ölkələrdə insanların bunlara münasibəti, qanunlarda da əks olunur.

Məsələn bəzi ölkələrdə həbsxanalarda cinsi azlıqlar digər dustaqlara qarışsada, Azərbaycan kimi ölkələrdə bu belə deyil. Hətta bir neçə gün əvəl bu məsələ ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında söyləyib ki,  törətdikləri cinayətdən asılı olaraq, azyaşlı uşaqları zorlayan pedofillərə, cinsi azlıqlara münasibət eyni deyil...


Cinsi azlıqlarla bağlı qiymətləndirmə və Azərbaycanın yeri...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ