EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:04.03.2019 12:39:09

Görüşdə Çin tərəfinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu dəstəklədiyi vurğulanıb

Çin Xalq Respublikasına səfər çərçivəsində iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib.

İqtisadiyyat Nazirliyindən İslamazeri.com-a verilən məlumata görə, görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal dialoqun əsasını təşkil etdiyi və ikitərəfli əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolu vurğulanıb. Qeyd edilib ki, dövlət başçılarının siyasi iradəsi ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir.

Çinin nəqliyyat naziri Li Siaopenlə görüşdə Azərbaycanın Çin ilə digər sahələrlə yanaşı, nəqliyyat-tranzit əməkdaşlığına xüsusi əhəmiyyət verdiyi və əlaqələrin inkişafında maraqlı olduğu diqqətə çatdırılıb, nəqliyyat-tranzit əlaqələrimizin qədim tarixi, xalqlarımızın İpək Yolu vasitəsilə sıx ticarət və humanitar əlaqələrə malik olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycan “Bir Kəmər, Bir Yol” Təşəbbüsü üzərində yerləşən ölkələrlə əməkdaşlığı genişləndirərək Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı istiqamətində davamlı fəaliyyət həyata keçirir. Çin tərəfi də öz növbəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu dəstəklədiyini bildirib.

Görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məqsədilə birgə tədbirlərin təşviqi, müvafiq dəmiryolu qurumları arasında əməkdaşlığın genişləndirilməsi, nəqliyyat sahəsində əlaqələrin inkişafı məqsədilə İşçi Qrupun yaradılması və s. məsələlər müzakirə edilib. Çinin sənaye və informasiya texnologiyaları naziri Miao Veylə aparılan müzakirələrdə Azərbaycanda sənaye və İKT sahəsidə birgə layihələrin reallaşdırılması, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin həyata keçirilməsi üçün birgə səylərin artırılması və s. məsələlər müzakirə edilib. Görüşdə Azərbaycanda yaradılmış sənaye parklarında maşınqayırma, metallurgiya, əczaçılıq sahələrində birgə müəssisələrin yaradılması və qarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin Çin Milli İnkişaf və İslahatlar Komissiyasının sədrinin müavini, Milli Statistika Bürosunun rəhbəri Nin Cice ilə görüşündə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Çində təşviqinin önəmi qeyd edilib, ölkələrimiz arasında nəqliyyat-tranzit, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

Görüşdə Çin tərəfinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu dəstəklədiyi vurğulanıb, Çində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqinə dair növbəti tədbirin təşkili barədə dair fikir mübadiləsi aparılıb.


Çinin nəqliyyat naziri: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu dəstəkləyirik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Cəlilabadda nəzir qutusundan oğurluq edən şəxs saxlanılıb
    Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məscidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.
     26.06.2019
    Tbilisidə daha 51 etirazçı həbsdən azad olunub
    Tbilisidə iyunun 20-si və 21-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya zamanı saxlanılan daha 51 şəxs azadlığa buraxılıb
     26.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ