1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.05.2020 22:29:23

Səfir Təl-Əvivdən 10 km şimalda yerləşən Herzliya şəhərində yaşayıb.

İslamazeri.com xəbər verir ki, Çinin İsraildəki səfiri Du Wei Təl-Əviv şəhərindən şimalda yerləşən mənzilində ölü tapılıb, İsrail rəsmisi BBC-yə bildirib.

Rəsminin sözlərinə görə, İsrail polisi istintaqa başlayıb, lakin ilkin nəticələr ölümün zorakı olmadığına dəlalət edir.

57 yaşlı Du Wei İsraildən əvvəl Ukraynada Çinin səfiri vəzifəsində çalışıb və bu ilin fevral ayında İsrailə səfir təyin olunub.

Səfir evli olub, onun bir oğlu var, lakin ailəsi İsrailə hələ köçməyib.

Səfir Təl-Əvivdən 10 km şimalda yerləşən Herzliya şəhərində yaşayıb.

İsrail rəsmisinin bildirdiyinə görə, belə hallarda tətbiq olunan prosedura uyğun olaraq hadisə yerinə polis əməkdaşları gəlib.

İsrailin televiziya kanallarından biri, anonim tibbi mənbəyə istinadən bildirib ki, ilkin nəticələrə görə, Çin səfiri təbii səbəblərdən yuxuda olarkən vəfat edib.

Çin rəsmilərindən səfir Du Wei-in ölümünə şərh hələlik olmayıb.

Du We fevralın 15-də İsrailə gəldikdən dərhal sonra koronavirus məhdudiyyətləri səbəbindən iki həftə ərzində özünü təcrid etməli olub.

Cümə günü onun səfirliyi İsrailə səfəri zamanı Çini koronavirus pandemiyasının yayılmasına görə tənqid edən ABŞ dövlət katibi Mike Pompeo-ya sərt tənqidi cavab verib.

Jerusalem Post qəzetində dərc olunmuş cavabda səfirlik Pompeo-nun "absurd şərhlərini" pisləyərək, bu böhranın Çin tərəfindən nə vaxtsa ört-basdır olunduğu barədə iddianı rədd edib.


Çinin İsraildəki səfiri evində ölü tapılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Mədinə şəhərindəki Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
    Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.
     30.05.2020
    Azərbaycanda
    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ