Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:2.11.2021 10:09:58

Nazirliyin proqnozuna görə, 2023-cü ilədək ölkədə 5G istifadəçilərinin sayı 560 mln. ötməlidir.

Çinin "China Mobile" mobil rabitə operatoru 560 mindən çox beşinci nəsil (5G) baza stansiyası quraşdırıb.

İslamazeri.com-un APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Quançjouda keçirilən "China Mobile" Tərəfdaşlarının Qlobal Konfransında çıxış edən şirkətin baş direktoru Dun Sin (Dong Xin) bildirib.

"Bu günə qədər "China Mobile" 560 mindən çox 5G baza stansiyası quraşdırıb. Cari ilin sonunadək tempi artırmağa davam edəcəyik və daha böyük göstəricilərə nail ola biləcəyik", - Dun Sin qeyd edib.

Daha əvvəl Çin Xalq Respublikasının Sənaye və İnformasiyalaşdırma Nazirliyi məlumat vermişdi ki, bu ilin sonuna qədər "China Mobile"da təxminən 700 min 5G baza stansiyası olacaq. Eyni zamanda, "China Mobile", eləcə də "China Telecom" və "China Unicom" operatorları tərəfindən ölkədə quraşdırılan stansiyaların ümumi sayı 1,4 mln. keçəcək.

Nazirliyin proqnozuna görə, 2023-cü ilədək ölkədə 5G istifadəçilərinin sayı 560 mln. ötməlidir. Bu, Çindəki mobil istifadəçilərin ümumi sayının təxminən 40%-ni təşkil edir.

Xatırladaq ki, Çinin aparıcı mobil operatorları 2019-cu ilin oktyabr ayının sonunda əhaliyə 5G rabitə xidmətləri göstərməyə başlayıb. 2020-ci ildə ölkədə 580 minə yaxın 5G baza stansiyası quraşdırılıb ki, onların şəbəkəsi artıq demək olar, bütün rayon əhəmiyyətli şəhərləri əhatə edib.


Çində 560 mindən çox 5G baza stansiyası quraşdırılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DTX işçilərinin maaşlarında dəyişiklik təsdiq edilib
    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
     24.05.2022
    Şirvanda şirkətdə yanğın olub
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ