1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.06.2020 11:52:18

Bunu Milli Məclisin vitse spikeri Adil Əliyev deyib

Bizi narahat edən bir məqam ondan ibarətdir ki, vətənpərvərlik duyğularından uzaqlaşmış bəzi şəxslər sosial şəbəkələrdə, KİV-lərdə şəhidlərimizlə bağlı xoşagəlməz ifadələr işlədirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse spikeri Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

A.Əliyev bildirib ki, ölkə başçısının və birinci Vitse-prezidentin şəhid ailələrinə daim qayğısı var:
“Şəhidlərimiz, qazilərimiz insan üçün ən uca nemət olan canlarında üçrəngli bayrağın daim dalğalanması üçün keçiblər:

“Bizi narahat edən bir məqam ondan ibarətdir ki, vətənpərvərlik duyğularından uzaqlaşmış bəzi şəxslər sosial şəbəkələrdə, KİV-lərdə şəhidlərimizlə bağlı xoşagəlməz ifadələr işlədirlər. Cinayət Məcəlləsində təhqir edilən şəxslərlə bağlı xüsusi maddə var. Qeyd olunan proses isə kifayət qədər ağrılıdır. Bununla o ailəyə ikiqat əziyyət olur. Təklif edirəm ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin”.

A.Əliyev karantin rejiminin uzadılması ilə bağlı məsələyə də münasibət bildirib.

O qeyd edib ki, karantin rejiminin müddətinin uzadılması ilə bağlı bizə olan müraciətlərin vaxtında həll edilməsi üçün vaxtında aidiyyəti qurumlar qarşısında qaldırmağı təklif edirəm:

“Bizə olan müraciətləri vaxtında aidiyyəti qurumlar qarşısında qaldırsaq, ölkəmizdə bu qədər problem olmaz”.


Cinayət Məcəlləsinə şəhidlərin şərəf və ləyaqətinin qorunması ilə bağlı maddə əlavə edilsin

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ