EURO 1,93 TRY 0,2943
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:18.05.2019 03:32:09

Çinin dövlət müşaviri və xarici işlər naziri Vang Yi İranın nüvə razılaşması məsələsində ABŞ-ın islam ölkəsinə sanksiyalar tətbiq etməsinə qarşı sərt fikirlər səsləndirib.

Çinin dövlət müşaviri və xarici işlər naziri Vang Yi İranın nüvə razılaşması məsələsində  ABŞ-ın islam ölkəsinə sanksiyalar tətbiq etməsinə qarşı sərt fikirlər səsləndirib. 

ONA xarici mediaya istinadla xəbər verir ki, Çin rəsmisi bu fikirləri Pekində İranın xarici işlər naziri Cavad Zəriflə görüşündə səsləndirib.


Vang Yi Çin və İranın hərtərəfli strateji tərəfdaş olduğunu dilə gətirərək beynəlxalq aləmdə, eləcə də regionda baş verən hazırkı şəraitdə birlik nümayiş etdirməsinin zəruriliyini vurğulayıb: "Çin ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalar tətbiq etməsinə qarşıdır. Biz İranın mövcud vəziyyətini və narahatlığını anlayırıq, öz maraqlarını müdafiə etməsini dəstəkləyirik". 

O, İranın nüvə razılaşmasının BMT-nin səlahiyyətləri və beynəlxalq hüquq normalarına əsaslanan ciddi müqavilə olduğunu söyləyib.


İranın Xarici işlər naziri Zərif də öz növbəsində ABŞ-İran münasibətlərinin gərginləşməsində məsuliyyətin ölkəsinin üzərinə düşmədiyini vurğulayıb. O, əlavə edib ki, rəsmi Tehran nüvə razılaşmasından çıxmağı planlaşdırmayıb.

İranın müharibə istəmədiyini diqqətə çatdıran fars diplomat Körfəz əhatəsində davamlı sülhün və sabitliyin mövcudluğunu istədiklərini deyərək Hürmüz boğazının beynəlxalq nəqliyyat kanalı statusunda olmasına ümid etdiklərini bildirib.

Zərif əlavə edib ki, ölkəsi Çinlə çoxtərəfli və ikitərəfli əlaqələrin inkişafında və bu münasibətlərin qorunmasında maraqlıdır.

ONA


Çin ABŞ-ın İrana qarşı sanksiyalarını sərt şəkildə pisləyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kütləvi zəhərlənmə faktı üzrə cinayət işi açılıb
    İyunun 25-də 1 saylı Bakı Şəhər Kliniki Mərkəzinə qida zəhərlənməsi diaqnozu ilə 20 nəfər daxil olub
     27.06.2019
    Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin Qusarda yerləşən məqbərəsi ziyarət edilib
    Bir qrup tarixçi, araşdırmaçı, QHT fəalı, jurnalist, məmur, müəllim, tələbə, şagird 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Şah İsmayıl Səfəvinin babası Şeyx Cüneydin Qusar rayonu Həzrə kəndində yerləşən məqbərəsini ziyarət edib.
     27.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ