EURO 1,8829 TRY 0,289
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.08.2018 17:49:13

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İslamazeri.com-a verilən məlumata görə, avqustun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-23, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində avqustun 22-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq.

Azərbaycanın rayonlarında avqustun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Xəbərdarlıq edilir ki, avqustun 22-si axşamdan 24-ü axşamadək Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var.


Çimərlik üçün əlverişli hava proqnozlaşdırılır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Daxili İşlər Nazirliyinin mühüm postlarının rəisləri olan iki general vəzifəsindən azad edilib
    Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi və Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təqaüdə göndəriliblər
     17.10.2019
    Ümrə zəvvarlarının avtobusu qəzaya uğradı:  35 nəfər yanaraq can verdi  - VİDEO (18+)
    Səudiyyə Ərəbistanında Ümrə zəvvarları ağır qəza zamanı 35 nəfəri yanaraq ölüb, 4 nəfər isə yaralanıb
     17.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ