1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:16.01.2020 11:40:39

CİA-nın sabiq rəsmisi Emil Nahle ABŞ rəsmilərini Qasim Süleymaniyə qarşı sui-qəsd əməliyyatına münasibət bildirib

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi  - CİA-nın sabiq rəsmisi Emil Nahle ABŞ rəsmilərini Qasim Süleymaniyə qarşı sui-qəsd törətməsini sərt tənqid edib.

“İran doğru zamanda intiqam alacaq və Süleymaninin sui-qəsdindən sonra çökməyəcəkdir. İran xalqı hökümətin yanında cəm oldu və İranda sabitlik hökm sürür,  hələ də Qüds Gücü fəaliyyətlərinə davam edir.”, - Nahle əlavə edib.

Responsible Statecraft saytındakı məqaləsində Nahle Süleymani sui-qəsdini məntiqsiz addım olduğunu önə çəkərək bu hərəkətin uğursuz olacağını, ABŞ-a da xeyir verməyəcəyini yazıb.

Sabiq CİA rəsmisi sonra yazır: “ABŞ Konqresinin bəzi üzvləri Trampın əməliyyatını haqlı çıxarmaq üçün səsləndirdikləri iddialarda şübhəlidirlər. Bəzi Avropa ölkələri və Avropa xaricindəki ölkələr də Süleymani sui-qəsdinin bölgədə daga çox qarşıdurmaya yol aça biləcəyilə bağlı narahatlıqlarını dilə gətirdilər. Avropalılar Trampın nüvə anlaşmasından ayrılma tələbini rədd etdilər.”

 Nahle ABŞ və Yaxın Şərqi Süleymani sui-qəsdinin təhlükəli və istənməyən nəticələri mözusunda xəbərdar edib.

“Bu qarşıdurma, terrorizmin, İŞİD və Əl-Qaidə terror qruplaşmalarının və onlara bağlı olan kiçik qrupların geri qayıdacağına yol aça bilər və bölgədəki ABŞ güclərinə və Amerikalı mülki vətəndaşlara qarşı təhdidlərin səviyyəsini də artıracaqdır. Süleymani sui-qəsdi İranı diz üstə çökməyə məcbur edən deyil və İran və ya bölgədəki Qüds gücünün təsiri azalan deyil.”

 Sabiq CİA rəsmisi Süleymani sui-qəsdindən sonra İranın müttəfiqlərinin və ABŞ düşməni olan qrupların ABŞ güclərini və diplomatlarını əsas hədəf olaraq görəcəklərini qeyd edib.

 “İranın reaksiyası tez-bazar olmayacaq, əksinə səbrli, planlı və nəticələri hesablamaqla həyata keçiriləcək. ABŞ rəsmilərinin iddialarının əksinə Süleymani sui-qəsdi durumu dəyişdirməyəcək. Dəyişikliyə yol açanşey Trampın nüvə alnlaşmasına çəkilmə və İrana qarşı sanksiyalar tətbiq etməsi idi.”, -deyə CİA-nın sabiq rəsmisi Emil Nahle əlavə edib.


CİA-nın sabiq rəsmisi Süleymani sui-qəsdi haqqında: Uğursuz, məntiqsiz...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Quran insanla danışır, Füzeyllə danışdığı kimi
    İslamazeri.com-un "Din" rubrikasından...
     26.05.2020
    Azərbaycanda koronavirusa yoluxanların 64 faizdən çoxu sağalıb
    Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     26.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ