EURO 1,9649 NEFT 80
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:11.12.2017 15:56:08

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

İslamazeri.com Oxu.Az-a istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib.

Bu mərhələdə qrup qalibləri ilə ikinci yer sahibləri görüşəcək. 1/8 finalda eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar üz-üzə gəlməyəcək.

1/8 finala qrup qalibi kimi yüksələn Türkiyə təmsilçisi “Beşiktaş”ın da rəqibi bilinib. İstanbul klubu Almaniyanın ən titullu komandası “Bavariya” ilə qarşılaşacaq.

Növbəti mərhələnin ən maraqlı cütlərində isə “Real” PSJ ilə, “Çelsi” “Barselona” ilə üz-üzə gələcək.

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2018-ci il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.

Çempionlar Liqası

1/8 final

“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)

“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)

“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

“Real” (İspaniya) - PSJ (Fransa)

“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)

“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)

“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)


Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiyadan İngiltərəyə dolları silmək təklifi
    Rusiya Federasiyası ABŞ dollarına zərbə endirməyə davam edir.
     18.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ