Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.05.2022 11:21:59

Cəlilabadda məktəblinin ölümünə görə "Azərişıq" ASC-nin əməkdaşı məsuliyyətə cəlb edilib.

Bu barədə "İslamazeri.com"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 08.02.2022-ci il tarixdə rayonun Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovun öz xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanan sübutlarla Telman Əhmədova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.


Cəlilabadda məktəblinin ölümünə görə "Azərişıq" ASC-nin əməkdaşı məsuliyyətə cəlb edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ