1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:04.03.2019 15:15:45

Ev muzeyinin ətrafına çəkilmiş inşaat hasarı sökülüb.

Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının Bakının Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 44 ünvanında yerləşən ev muzeyinin ətrafına çəkilmiş inşaat hasarı sökülüb.

Virtualaz.org xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov sosial şəbəkə hesabında yazıb. Və hasarın söküldüyünü əks etdirən fotonu paylaşıb.

 “Cəfər Cabbarlının ev muzeyinin qarşısına çəkilən hasar söküldü. Ali rəhbərlik qarışmasaydı, mədəniyyət naziri susmaqda davam edəcəkdi, cəmiyyət qarşısında məsuliyyətini itirmiş hansısa “sahibkar” isə burada göydələn ucaldacaqdı...”-S.Məmmədov yazıb. 

 

Xatırladaq ki, virtualaz.org saytının apardığı araşdırma nəticəsində Cabbarlının ev muzeyinin dramaturqun qohumları tərəfindən yerində yeni çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün hansısa tikinti şirkətinə satıldığı üzə çıxmışdı. Mədəniyyət Nazirliyinin, ev muzeyini balansında saxlayan Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin isə mədəniyyət abidəsini qorumaq əvəzinə vəziyyətdən orijinal çıxış yolu tapdığı məlum olmuşdu. İdarənin açıqlamasında deyilirdi ki, “ciddi məbləğdə dövlət vəsaitini” ev muzeyini restavrasiya etməyə yönəltməkdənsə onun yerində inşa ediləcək çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yazıçıya yeni ev muzeyi açılması üçün mənzil sahəsi almaq daha sərfəli hesab edilib. Başqa sözlə, əgər bu plan baş tutsa C.Cabbarlı vaxtilə yaşadığı evin yerində tikilmiş yeni binanın birinci mərtəbəsindəki hansısa otağa “köçmüş olacaq”.

Ev muzeyinin söküləcəyi və mədəniyyət rəsmilərinin həmin orijinal həll variantı barədə xəbərlər geniş ictimai rezonans doğurdu. Yazıçı Çingiz Abdullayev və digər ictimai xadimlər buna etirazını bildirdi. Habelə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bildirdi ki, həmin ünvanda, mədəniyyət abidəsinin yerində tikintinin aparılması üçün icazənin verilməsi mümkün deyil. Üstəlik ev muzeyini alan şirkət onlara inşaatla bağlı hər hansı layihə, müraciət verməyib.  Komitə həmin ünvanda hər hansı qeyri-qanuni işlərin qarşısının alınması üçün Bakı Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müvafiq müraciətlər ünvanlayıb.

Belə görünür ki, ev muzeyi ətrafında yaranmış ictimai rezonans müvafiq dövlət strukturlarını hərəkətə keçirib və hasarın sökülməsi C.Cabbarlının evinin sökülməsi planlarının qüvvədən düşməsi mənasını verə bilər.


Cəfər Cabbarlının evinin ətrafındakı hasarı sökdülər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tbilisidə İmam Həsənin mövludu və iftar mərasimi keçirilib - FOTO
    Bu axşam Tbilisi şəhərində Hz. İmam Həsənin (ə) təvəllüdü münasibəti ilə iftar zamanı tədbir keçirilib
     20.05.2019
    Türkiyə-İran sərhəddində yaşayan kiçik ticarətçilərə qarşı “casus əməliyyatı” - ƏTRAFLI
    Türkiyənin Van şəhərinin Saray və Özalp rayonlarında 14 mayda “İran casusu” ittihamları ilə keçirilən əməliyyat haqqında ətraflı məlumatlar yayılıb.
     20.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ