“Məqsəd münasibətlərin tam normallaşmasıdır. Ermənilər də bundan çox razıdırlar", - Çavuşoğlu bildirib.

“İlk görüşdə prosesin başlamasında məqsədləri və bu prosesdən gözləntiləri müzakirə olundu.
İslamazeri.com APA-ya istinadla xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqları şərh edərkən deyib.
O qeyd edib ki, xüsusi nümayəndələr növbəti görüşdə uçuşların bərpa olunmasından başqa hansı addımların atıla biləcəyi sualı üzərində işləyəcəklər: “Məqsəd münasibətlərin tam normallaşmasıdır. Ermənilər də bundan çox razıdırlar. Tam normallaşmaya aparan prosesdə uçuşların başlanması və xüsusi nümayəndələrin təyin olunmasından başqa hansı addımların atıla biləcəyi öyrəniləcək”, - deyə nazir vurğulayıb.
Çavuşoğlu Türkiyə-Ermənistan münasibətlərinin normallaşması barədə: "Ermənilər bundan çox razıdırlar"