Nazir Çavuşoğlu bu təmaslardan əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə də telefon danışığı aparıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Fələstin xarici işlər nazirlərinin sədrliyi ilə 2010-cu ildə yaradılmış Müştərək Komitənin ikinci iclasına sədrlik etmək üçün bu gün Fələstinə səfər edəcək.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu Fələstində ikitərəfli görüşlər də keçirəcək. Həmkarı Riyad Malki ilə görüşəcək Mövlud Çavuşoğlunun Fələstin dövlət başçısı Mahmud Abbas tərəfindən də qəbul ediləcəyi gözlənilir.
Çavuşoğlu Fələstində keçirəcəyi görüşlərindən sonra çərşənbə günü (25 may) İsrailə gedəcək.
O, İsrailin xarici işlər naziri və alternativ Baş nazir Yair Lapid ilə ikitərəfli və nümayəndə heyətləri arası görüşlər keçirəcək.
Görüşlərdə Türkiyə-İsrail münasibətləri, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Nazir Çavuşoğlu bu təmaslardan əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə də telefon danışığı aparıb. Görüşdə ikitərəfli əlaqələr müzakirə olunub.
Çavuşoğlu Fələstin və İsrailə səfər edəcək